Rəqəmsal Həllər və Sosial Media bölümünün aparıcı mütəxəssisi

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Kateqoriya: SMM
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Korporativ vebsayt üçün yüksək keyfiyyətli məzmunun hazırlanması və idarə edilməsi. Məzmunun brendin kommunikasiya və marketinq məqsədlərinə uyğun olmasını təmin etmək;
  • Saytın bütün səhifələrinin dizaynında, tərtibatında və brendinqində uyğunluğun təmin edilməsi;
  • Səhifə təkmilləşdirmələri üçün dizayn və “developer” komandaları ilə əməkdaşlıq;
  • Axtarış motorlarının reytinqini yüksəltmək üçün müvafiq açar sözlər və meta teqlərdən istifadə edərək axtarış motorları (SEO) üçün veb sayt məzmununun tətbiqi və optimallaşdırılması. SEO sahəsi üzrə baş verən yeniliklərdən xəbərdar olmaq;
  • A/B testi və istifadəçi rəyi vasitəsilə veb-saytın yararlılığının test edilməsi və təkmilləşdirilməsi;
  • Vebsaytın müxtəlif cihazlarda (masaüstü, planşet, mobil) uyğun şəkildə olmasını təmin etmək;
  • GA4, Tag Manager və Optimization Pixels, Hotjar kimi veb analitika alətlərinin konfiqurasiyası;
  • İstifadəçilərin platformada fəaliyyətini izləmək və analiz etmək üçün hadisələrin (event tracking) və məqsədlərinin (goals) izlənməsinin həyata keçirilməsi;
  • İstifadəçi davranışı haqqında məlumat əldə etmək üçün veb-saytın analitik məlumatlarını təhlil etmək;
  • Veb saytın performansı və istifadəçiləri haqqında müntəzəm hesabatların hazırlanması;
  • Düzgün qərarlar qəbul etmək  və daha yaxşı nəticələr əldə etmək məqsədilə vebsaytın optimallaşdırılması üçün datadan istifadə;
  • Vebsaytda konversiya dərəcəsini artırmaq üçün imkanların təyin edilməsi;
  • Konversiyaları artırmaq üçün çağırışların (“call-to-action”), formaların və digər elementlərin test edilməsi və optimallaşdırılması;
  • İmtina göstəricisini azaltmaq və istifadəçi cəlbini (engagement) artırmaq üçün strategiyaların həyata keçirilməsi;
  • Xüsusi kampaniyalar və ya reklamlar üçün xüsusi səhifələrin (“Landing page”) yaradılması;
  • Veb saytın ümumi marketinq strategiyasını dəstəklədiyini və tamamlamasını təmin etmək;
  • Veb saytın müvafiq qanun və qaydalara uyğun olmasını təmin etmək;
  • Veb saytla bağlı tapşırıqlarda iştirak edən xarici agentliklər və ya vendorlarla əməkdaşlıq etmək;
  • Müştəridən gələn briflərin analizi və komandaya ötürülməsi (akkaunt menecer);
  • Təqdimatların hazırlanması və onların daxili müştəriyə təqdim edilməsi.
  • Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir

Xüsusi tələblər

  • Ali təhsil (biznes, maliyyə, iqtisadiyyat, statistika və ya oxşar ixtisas üzrə);
  • Rəqəmsal marketinq sahəsində ən azı 4 il təsdiqlənmiş təcrübə;
  • SEO prinsipləri, Google Analytics və digər müvafiq analitik alətlər haqqında güclü anlayış;
  • Məzmun idarəetmə sistemlərini (CMS) bilmək;
  • MS Ofis proqramlarının mükəmməl biliyi.
  • Azərbaycan dili – səlis;
  • İngilis dili – səlis;
  • Rus dili – səlis.
  • Təyin olunmuş hədəflərə çatmaq və “deadline”lara uyğunlaşmaq üçün təzyiq altında işləmək bacarığı;
  • Güclü riyazi və analitik bacarıqlar;
  • Əla dinləmə, danışıqlar aparma və  təqdimat bacarıqları;
  • Yüksək səviyyədə analitik və təşkilatçılıq bacarıqları, detallara diqqət.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • 3000 - 3500 AZN

 
  • Bakı

  • 600 AZN

Telegram kanalımız