Maliyyəçi

Bakı

Cronos MTK

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarını hazırlamaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu qurmaq, inventarizasiyasını keçirmək və nəticələrə uyğun hesabat hazırlamaq;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Mühasibat uçotunun Uçot Siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparılmasını təşkil etmək;
  • Firmadaxili aylıq maliyyə hesabatlarını hazırlamaq;
  • Daxili nəzarət (audit);
  • Vergi risklərini hesablamaq və hesabat hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.


Xüsusi tələblər

  • Minimum 5 il maliyyəçi və ya mühasib təcrübəsi olmalı;
  • Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri yaxşı səviyyədə bilməli;
  • Maliyyə balanslarının hazırlanmasında müvafiq təcrübəsi olmalı;
  • Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli;
  • İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, dövriyyə cədvəlləri və balans hazırlamağı və onu oxumağı bilməli;
  • 1C 8.3 və ya LOGO mühasibat proqramlarında, Office proqramlarında (Excell, Word və s.) və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yüksək səviyyədə işləmə bacarığı olmalı;
  • Azərbaycan və Rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilməsi arzuolunandır);
  • Beynəlxalq mühasibat uçotu və maliyyə hesabatları, Beynəlxalq Audit Standartları üzrə iş təcrübəsi arzuolunandır;
  • ACCA / CPA sertifikatlarının olması arzuolunandır;
  • Fikrini izah etmək qabiliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir.
Uyğun namizədlər mövzu hissəsində “Maliyyəçi”  qeyd etməklə CV formasını [email protected] e-mail adresinə göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 600 - 800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız