Rayon mühəndisi

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

● Əksklapanların kipliyə yoxlanılması aktının, əsaslı və yeraltı təmir aparılan zaman quyuları, İstismar fondunda olan quyuları, preventor və texnoloji avadanlıqların mövcud qaydalara və təsdiq olunmuş sxemlərə uyğun olaraq, texnoloji kommunikasiyaların və quyuağzı avadanlıqların quraşdırılma keyfiyyətini müayinə etmək;
● Əvvəllər verilmiş "Göstəriş" və "Qadağan"da göstərilən irad və təkliflərin vaxtlı-vaxtında düzgün yerinə yetirilməsinə nəzarət etmək;
● Obyektlərdə quraşdırılmış quyuağzı preventor və avadanlıqlarının, eləcə də qeyri –standart elementlərin ölçüləri göstərilmiş faktiki quraşdırma və birləşdirmə sxemlərinin varlığını yoxlamaq;
● İstismar zamanı quyuağzı avadanlıqların mövcud qayda əsasında proflaktik müayinədən keçirmək;
● Neft, qaz və su təzahürlərinin, idarə olunmayan açıq fontan və qəzaların qarşısının alınmasında tədbirlərin vaxtında görülməsi üçün, müəyyən edilmiş lazımi texnoloji avadanlıqların, materialların və ehtiyatların varlığını yoxlamaq;
● Obyektlərdə müəssisələr arası və ya müəssisə daxili etibarlı, davamlı, ya da radiorabitə əlaqəsinin yoxlamaq;
● Yanğın və qaz partlayışı təhlükəsi gözlənilən obyektlərdə, keçidlərin, işçi yerlərin və meydançaların yanğın təhlükəsizliyinin təmin etmək;
● Gün ərzində görülüm işlər haqqında məlumatı şifahi olaraq bildirmək;
● Görülmüş işlər haqqında aylıq hesabatı hazırlamaq və rəhbərliyə təqdim etmək;
● İş yerini təmiz saxlanılması, tullantıların idarəedilməsi proseduruna riayət etmək ətraf mühitin çirklənməsinin qarşısını almaq;
● Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirmək, işin səmərəli təşkili üçün rəhbərliyə mütamadi olaraq məlumat vermək;
● İş yerinin sanitar-gigiyena normalarına uyğun saxlanmasına riayət etmək;
● Opentext sistemi, WORD və EXCEL proqramlarında sənədlərdə baş verən problemlərin aradan qaldırmaq;
● Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qayda tələblərinə riayət etmək.


Xüsusi tələblər

● "Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarə Etmə sistemini";
● Qazmada, istismarda texnoloji prosseslərin yerinə yetirilməsinin əsaslarını:,
● Fontan təhlükəsizliyi üzrə işlərin aparılması qaydalarını;
● Quyuağzı avadanlıqların iş prinsiplərini;
● Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.

Oxşar vakansiyalar

 
  • Xırdalan

  • 450 AZN dən

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız