Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis

Bakı

Flazer

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Xüsusi tələblər

  • İş təcrübəsi: 1 ildən az olmayaraq
  • Təhsil: Ali təhsil
  • Yaş: 25-45
  • Dil biliyi: Azərbaycan dili və Rus dili
  • Kompüter biliyi: MS Word, MS Excel, MS Powerpoint, MS Outlook və digər ofis proqramları
  • Düzgün analiz etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli, dəqiq, kollektivlə işləmək bacarığının olması;
  • Təşkilatçılıq bacarıqları.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində " Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis " qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız