Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat və vergi uçotu hesabında (həmçinin uçot registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
1C proqramında əməliyyatların işlənilməsi və yoxlanılması;
Mühasibat və vergi uçotunun aparılma qaydalarına uyğun müəssisənin uçotunun qurulması üzrə müvafiq əməliyyatların həyata keçirilməsi ;
Baş mühasibin və aparışı mühasibin tapşırıqlarını yerinə yetirmək;
Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;
Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.
Xüsusi tələblər
İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
Mühasibat müxabirləşmələrini mükəmməl bilən;
Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;
MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;
Rus dili və ingilis biliyi (arzu olunandir);
Komandada işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.