Neft-qaz şöbəsi/Dövlət orqanı aparatında şöbə müdiri (1 yer)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Neft və qaz şöbəsinin  fəaliyyətinin təşkil edir və ona rəhbərlik edir
  • şöbənin əməkdaşları arasında iş bölgüsünü aparır, onların fəaliyyətinin əlaqələndirilməsi, əmək və icra intizamına riayət etmələrinə nəzarət edilməsi və davranışlarının etik davranış qaydalarına uyğunluğunun müntəzəm təhlil edilməsini həyata keçirir
  • neft və qaz sahəsinin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, bu istiqamətlər üzrə dövlət proqramlarının, inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində şöbənin əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində şöbəyə həvalə olunan hallarda və qaydada dövlətin maraqlarını təmsil edir
  • Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq sahədə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir
  • Azərbaycan Respublikasının Yanacaq-enerji balansının tərtib edilməsi məqsədilə təqdim olunmuş, müvafiq sahənin ayrı-ayrı enerji daşıyıcılarının müvafiq  göstəricilərini təhlil edərək Yanacaq-enerji balansının layihəsini tərtib edir və rəhbərliyə təqdim edir, həmçinin aidiyyəti şöbələrlə birlikdə onun yerinə yetirilməsi üçün görülən tədbirlərdə iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələri ilə birlikdə əhalinin və iqtisadiyyatın enerji daşıyıcılarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün tədbirlərin görülməsində iştirak edir
  • dövlət müəssisələri üzrə müvafiq sahənin enerji daşıyıcılarının istehlak limitlərinin müəyyən olunmasında iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün müvafiq sahənin enerji resurslarının istifadəsi, itkisi və texnoloji sərfi normalarının təsdiq edilməsində iştirak edir
  • aidiyyəti şöbələrlə  birlikdə müvafiq sahədə fəaliyyət göstərən təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsində iştirak edir
  • müvafiq sahənin enerji daşıyıcıları istehsalçılarının nəqliyyat-kommunikasiya sistemlərinə qoşulmasının tənzimlənməsində iştirak edir
  • müvafiq sahədə normativ və texniki normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir
  • Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlərə baxılması və müvafiq qərarlar qəbul edilməsində iştirak edir
  • müvafiq sahənin təkmilləşdirilməsinə dair tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir
  • müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir
  • müvafiq sahədə rəqabət qabiliyyətinin artırılmasına yönələn tədbirlərin hazırlanmasında, həyata keçirilməsində və bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin müəssisələrarası fəaliyyətinin əlaqələndirilməsində iştirak edir
  • müvafiq sahədə əməkdaşlığa dair beynəlxalq müqavilələrin hazırlanmasında, şöbənin səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində və bu sahədə görülən işlərin əlaqələndirilməsində iştirak edir
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elm, texnika və texnologiyanın inkişafını və elmi-texniki nailiyyətlərin tətbiqinin təmin edilməsində iştirak edir
  • müvafiq sahənin inkişaf dinamikasını təhlil edir
  • fəaliyyət istiqamətləri üzrə rəy verilməsində, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatların  aparılmasında, analitik materialların hazırlanmasında iştirak edir
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq şöbə üzrə iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair təkliflərin hazırlanmasında iştirak edir
  • müvafiq sahədə Dövlət Proqramlarının layihələrinin hazırlanması, dəyişikliklər edilməsi və ya qüvvədən düşməsi barədə təkliflərin verilməsində iştirak edir
  • Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq sahəyə tətbiqi praktikasının ümumiləşdirilməsində iştirak edir, onun təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasında iştirak edir
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimat verir
  • ”Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq şöbənin əməkdaşlarının təqvim ili ərzində qiymətləndirilməsini həyata keçirir.

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Qeyd:

  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: geologiya mühəndisliyi, geologiya , kimya, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , neft-qaz mühəndisliyi, neft-qaz qurğuları mühəndisliyi, kimya mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, istilik energetikası mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 5 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 7 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-B1; İngilis dili-B1;

Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il   1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Oxşar vakansiyalar

 
  • Bakı

  • 400 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • İmişli

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız