Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Strateji təhlil və proqnozlaşdırma şöbəsi/Mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliyində şöbə müdiri (1 yer)

Bakı

Azərbaycan Energetika Nazirliyi
Dövlət qulluğu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;
  • Agentliyin strateji təhlil və proqnozlaşdırma işlərini təşkil edir və həyata keçirir,  o cümlədən strateji layihələrin planlaşdırılması mərhələsində müvafiq tədbirlər görür;
  • müvafiq sahənin investisiya qoyuluşu üçün cəlbediciliyinin təmin edilməsi, habelə dəstək mexanizmlərinin tətbiqi qaydalarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir, təkliflər verir və qəbul olunmuş qərarların icrasının monitorinqini həyata keçirir;
  • bərpa olunan enerji sahəsində qabaqcıl təcrübəni nəzərə alaraq Agentliyin qısa, orta və uzunmüddətli fəaliyyət planlarının, strateji planlarının, inkişaf proqramlarının hazırlanması, əsas hədəflərin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir;
  • Agentliyin əsas fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş proqnozların, həyata keçirilən layihələrin, əlaqəli dövlət proqramlarının, fəaliyyət planlarının icrasının monitorinqini, təhlilini və qiymətləndirilməsini, gözlənilən və əldə edilən nəticələrin müvafiq statistik, texniki-iqtisadi və analitik təhlillərini aparır, arayışlar hazırlayır və rəhbərliyə təqdim edir;
  • sahənin fəaliyyət istiqamətləri üzrə məlumatların toplanılmasını, emalını, saxlanılmasını və paylaşılmasını təmin edən bərpa olunan enerji mənbələrinə dair elektron məlumat sistemini yaradır, statistik göstəricilərin dövrü hesabatlılığını təmin edir;
  • Agentliyin fəaliyyəti ilə bağlı layihələrin səmərəliliyinin artırılması məqsədilə araşdırmalar aparır və səmərəliliyin artırılması, hesabatlılığın və şəffaflığın təmin edilməsi üçün müvafiq təkliflər irəli sürür;
  • Agentliyin fəaliyyət istiqamətləri üzrə iş proseslərinin və göstərilən xidmətlərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlayır;
  • müxtəlif mənbələrdən ideya və təkliflərin mütəmadi toplanılması prosesini təşkil edir, toplanmış məlumatları təhlil edir və arayışlar hazırlayır;
  • Agentliyin fəaliyyəti ilə bağlı dövri statistik icmal hazırlayır;
  • fəaliyyət istiqamətləri üzrə ölkədə və xaricdə keçirilən biznes forumların, konfransların, sərgilərin, seminarların və digər analoji tədbirlərin təşkilində və işində iştirak edir;
  • müvafiq sahədə ölkə üçün strateji əhəmiyyətə malik olan layihələrin hazırlanmasında iştirak edir;
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün Agentliyin rəhbərliyinə təqdimatlar verir;
  • şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədləri alır;
  • şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
  • şöbənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin edir, rəhbərliyin göstərişinə əsasən vətəndaşları qəbul edir;
  • şöbənin əsasnaməsində, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və rəhbərlik tərəfindən verilmiş digər vəzifələri yerinə yetirir. 

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

        Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

        • ali təhsil haqqında sənədin surəti;
        • əmək kitabçasının surəti;


          Qeydlər:

          • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş ehtiyat kadrlar iştirak edə bilərlər.
          • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində müsahibəyə buraxılmırlar.
          • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş və inzibati vəzifələrdə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar.
          • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

          Müsahibə elanının tarixi 17.04.2024 09:00

            Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 01.05.2024 18:00

            Xüsusi tələblər

            • Təhsilə dair tələblər: riyaziyyat, dünya iqtisadiyyatı, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat müəllimliyi, ekologiya, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
            • İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə dövlət qulluğunda 4 il iş stajı və yaxud vəzifənin fəaliyyət sahəsi üzrə 6 il iş stajı
            • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə (yüksək səviyyədə)
            • Xarici dil biliklərinə dair tələblər: Rus dili-C1 və ya İngilis dili-C1

            Əlaqə məlumatları: 

              Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

                Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

                  Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

                    Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


                        Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 1 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


                            Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


                                Daxili müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


                                    Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


                                        Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


                                            Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


                                                Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

                                                Telegram kanalımız