Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Ətraf mühitə dair informasiyanın təhlili və icraya nəzarət şöbəsi, baş məsləhətçi (1 yer)

Bakı

Ekologiya və təbii sərvətlər nazirliyi
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında müvafiq işləri həyata keçirir;
  • Xidmətin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən görülmüş işlərin, qəbul edilmiş qərarların. Tətəbiq edilmiş cərimə, ziyan və ödənişlərin ümumiləşdirilməsini  təmin edir və aylıq, rüblük, yarımillik və illik hesabatlar formasında aidiyyəti üzrə təqdim edilməsini təmin edir;
  • Xidmətin fuksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən regional idarələrdə ekoloji tarazlığın qorunmasına, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə, bu sahədə qanunvericiliyə riayət olunması işində iştirak edir;
  • Regional idarələrdə ətraf mühitin və əlverişli ekoloji vəziyyətin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi vəziyyətini təhlil edir;
  • Regional idarələrin xidməti ərazilərində ətraf mühit üzrə çirkləndirici mənbələrin uçotunun aparılması, onların ekoloji zərərlilik dərəcəsinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə təklifləri hazırlayır;
  • Ətraf mühitə vurulmuş ziyanla bağlı fiziki və hüquqi şəxslərə qarşı ziyanların müəyyən edilməsi və hesablanmasını həyata keçirir;
  • Ətraf mühitə atılan (axıdılan) və yerləşdirilən tullantıların müəyyənləşdirilməsi, normativ ödəmələrin tətbiqini həyata keçirir;
  • Ekoloji normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir;
  • Regional ekologiya və təbii sərvətlər idarələrinin xidməti ərazidə ekoloji vəziyyətə nəzarətini təhlil edərək rəhbərliyə təqdim edir
  • Dövlət uçotuna alınan və normalaşdırılan atmosfer havasına atılan zərərli maddələrin və ona fiziki təsir mənbələrinin müəssisə, təşkilatlar, şəhər və digər yaşayış məntəqələri üzrə siyahısının regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən müəyyən edilməsini təmin edir;
  • Atmosfer havasına stasionar və səyyar mənbələrdən atılan zərərli tullantıların azaldılması və qarşısının alınması istiqamətində istehsalat və xidmət obyektlərinin fəaliyyətinə dair təkliflər verir;
  • Təhlükəli tullantıların inventarlaşdırılmasına, uçotuna və pasportlaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak edir;
  • Tullantıların həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilən tullantıların ətraf mühitə atılması, axıdılması və yerləşdirilməsinə görə haqqın çirkləndiricilər tərəfindən ödənilməsində iştirak edir;
  • Yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən toplanmasını təmin edir və yaşıllıqların kadastrının aparılması istiqamətində müvafiq tədbirlər görür;
  • Təbii sərvətlərdən istifadə, təbiəti mühafizə, ekoloji təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf proqramlarına daxil edilən layihələrin hazırlanmasında iştirak edir;
  • İnkişaf etmiş ölkələrdə ekoloji nəzarətin təşkili təcrübəsinin öyrənilməsi, araşdırılması və tətbiqi barədə təkliflərin hazırlanmasında iştirak edir;
  • Fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunauyğun olaraq baxır və müvafiq tədbirlər görür;
  • Xidmətin Əsasnaməsində nəzərədə tutulmuş aidiyyəti üzrə digər vəzifələri yerinə yetirir.


ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, təbiət ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, fizika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi , tarix və coğrafiya müəllimliyi, coğrafiya müəllimliyi, dövlət və ictimai münasibətlər, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi, meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, kimya mühəndisliyi, ekologiya mühəndisliyi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən orta səviyyədə istifadə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur


Əlaqə məlumatları: 

Qeydiyyatla bağlı yaranan texniki problemlərlə əlaqədar:

Elektron imtahanlar və müsahibələrin təşkili departamenti: Tel.:(012) 310 53 16 (daxili 2504,2503); e-mail: [email protected];

Müsahibə elanları, o cümlədən vəzifə təlimatları və müsahibə proqramları ilə əlaqədar:

Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamenti: Tel.: (012) 310 53 16 (daxili 1766); e-mail: [email protected];


Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.


Müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.


ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.


Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.


Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.


Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.


Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Telegram kanalımız