İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təşkil etmək;
Yanğın təhlükəsizliyi qaydalarına dair təlimlər keçmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək;
İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidməti təlimatların işlənib hazırlanmasında iştirak etmək;
İşçilərə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi olaraq təlimatlar vermək və bu sahədə biliklərini yoxlamaq;
İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
Əməyin mühafizəsi üzrə müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Ezamiyyətə gələn əməkdaşlara əməyin mühafizəsinə dair təlimlər keçmək;
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
İş Şəraiti :
5 günlük iş qrafiki (08:00 – 17:00 aralığı);
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
İş yerinə gediş-gəliş servislə təmin olunur;
Nahar şirkət tərəfindən təmi olunur;
Əmək haqqı: 1600 azn
Xüsusi tələblər
Ali Texniki təhsil (mühəndislik üzrə);
SƏTƏM üzrə sertifikatların olması;
Minimum 3 illik iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
MS Office proqramlarında işləmək bacarığı;
Təlim keçmək və təlim materialını hazırlamaq bacarığı;
Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmək bacarığı;
Əməyin mühafizəsi normaları və qaydaları, eləcədə AR “Texniki təhlükəsizlik haqqında Qanunu” üzrə biliklərin olması.