Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Kommersiya departamentiə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək
  • Kommersiya departamentinin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək
  • Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək
  • İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək
  • Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək
  • Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək
  • Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək
  • Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək
  • Göndərilən məktubları və sənədləri lazımi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək
  • İclasların təşkili, zəruri olduqda stenoqrammasının aparılması
  • Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək
  • Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək
  • Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək
  • Təyin edilmiş digər vəzifələri yerinə yetirir


İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar günləri
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: müsahibə əsnasında müəyyən olunacaqdır

Xüsusi tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi
  • Yazılı və şifahi ünsiyyət bacarıqları, komandada işləmə qabiliyyəti, detallara diqqət, təşkilatçılıq bacarığı
  • MS office, kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər, 1C biliyi üstünlükdür
  • Azərbaycan dili əla, rus və ingilis dilləri üstünlükdür


Vakansiyaya müraciət üçün CV-ləri “Kargüzar” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız