Sabi̇t gəli̇rli̇ qi̇ymətli̇ kağızlar və pul bazarları şöbəsinin treyderi (İnvestisiya departamenti)

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İnvestisiya siyasəti çərçivəsində sabit gəlir və pul bazarları alt portfelində kapital bazarlarındakı tendensiyalarla bağlı taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
• Verilmiş risk limitləri daxilində sabit gəlir və pul bazarı qiymətli kağızlarının ticarətini həyata keçirmək
• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.
• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.
• Fond üçün potensial kontragentlər haqqında araşdırmalar aparmaq.
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Xüsusi tələblər

• Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya digər riyazi sahələr üzrə ali təhsil (yüksək akademik göstəricilər ilə)
• Detallara önəm verən (yüksək səviyyədə riyazi və analitik qabiliyyətlər)
• Güclü ünsiyyət bacarıqları
• Microsoft Office - Word, Excel, Power Point proqramlarından mükəmməl istifadə qabiliyyəti;
• Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək
 Riyaziyyat, statistika və ya kompüter elmləri üzrə təhsil və ya biliklər;
• Python, R and SQL proqramları üzrə bacarıqlar;
• Əqdlərin alqı-satqısı üzrə təcrübə arzuolunan, pul bazarlarının digər alətləri üzrə əqdlərin bağlanması ilə bağlı təcrübə üstünlükdür;


Bildiririk ki, namizədlər ilkin CV yoxlanışından keçəcəklər. Tərəfimizdən YALNIZ seçilmiş namizədlər ilə telefon əlaqəsi yaradılaraq növbəti seçim mərhələsi üçün dəvət olunacaqlar.
Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini aşağıdakı link üzərindən göndərmələri xahiş olunur.

Telegram kanalımız