Investisiya departamentinin Səhmlər və alternati̇v investi̇si̇yalar şöbəsi̇nin təhlilçisi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İnvestisiya siyasəti ilə müəyyən edilmiş proporsiyalara uyğun olaraq investisiya portfelinin valyuta tərkibinin bölüşdürülməsini təmin etmək.
• Maliyyə bazarlarındakı tendensiyalarla birlikdə İnvestisiya siyasəti çərçivəsində kapital və alternativ investisiyalar alt portfelində taktiki dəyişikliklərlə bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
• Strategiya ilə müəyyən edilmiş səhmlərin və alternativ investisiyaların ticarətini həyata keçirmək.
• Portfelə daxil olan özəl fondları idarə edən qurumlar tərəfindən ayrılmış investisiyaların bu fondların investisiya strategiyalarına uyğunluğunu təmin etmək.
• Birbaşa rəhbərin və Fondun rəhbərliyinin tələbi əsasında tədqiqat aparmaq və hesabatlar, təqdimatlar və digər analitik materialları hazırlamaq.
• Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər vəzifə və öhdəlikləri yerinə yetirmək.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat və ya riyaziyyat sahələri üzrə ali təhsil.
  • Azərbaycan və ingilis dilləri səlis səviyyədə bilmək tələb olunur.
  • Bu sahə üzrə iş təcrübəsinin olması arzuolunandır.

Bildiririk ki, namizədlər ilkin CV yoxlanışından keçəcəklər. Tərəfimizdən YALNIZ seçilmiş namizədlər ilə telefon əlaqəsi yaradılaraq növbəti seçim mərhələsi üçün dəvət olunacaqlar.
Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini aşağıdakı link üzərindən göndərmələri xahiş olunur.

Telegram kanalımız