3-cü dərəcəli təmirçi çilingər-elektrik

Bakı

Port of Baku
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;
  • İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;
  • Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;
  • Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;
  • Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;
  • İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;
  • Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;
  • Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.

Xüsusi tələblər

  • Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə peşə təhsili (və bənzər ixtisaslar arzuolunandır);
  • Elektrik iş sertifikatı (diplom);
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • MS ofis proqramları, PLC və çevirci mühərrik idarəetmə sistemlərini bilmək;
  • Hündürlükdə iş bacarığı (55 metr);
  • İngilis dili arzuolunandır.
  • Elektrik qurğularının quraşdırılması qaydalarını;
  • Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
  • Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;
  • Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;
  • Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;
  • Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;
  • Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini.


Telegram kanalımız