İş elanı, namizədlərin axtarışı, ilkin dəyərləndirmə və müsahibələrin koordinasiyası da daxil olmaqla işə qəbul prosesinə dəstəyin göstərilməsi;
Namizədlərə aid məlumatların saxlanılması, qiymətləndirmə və iş təkliflərinin hazırlanmasında iştirak;
Namizədlərə vaxtlı-vaxtında zəruri məlumat və cavabların verilməsini təmin etməklə işə qəbul prosesi boyu müsbət namizəd təcrübəsini yaratmaq;
Namizədlərin qiymətləndirilməsində, müsahibələrin maddi-texniki təşkili və planlanmasında köməklik göstərmək;
Müxtəlif mənbə kanallarından istifadə etməklə potensial namizədlərin müəyyən edilməsində köməklik göstərmək;
Zəruri informasiya və hesabatlılığı təmin etmək üçün istifadədə olan İR məlumat bazalarının saxlanılmasını və vaxtlı-vaxtında yenilənməsini təmin etmək;
İşə qəbul göstəriciləri və digər metriklərdən istifadə etməklə zəruri İR məlumatlarının toplanmasını təmin etmək, çeşidləmək və təhlil etmək;
Mövcud proseslərin səmərəliliyini artırmaq məqsədilə verilənlər üzrə təkmilləşdirilməsi zəruri olan sahələri müəyyən etmək üçün komanda ilə sıx əməkdaşlıq.
Xüsusi tələblər
Ümumi insan resursları siyasəti və prosedurları haqqında anlayış;
Əla ünsiyyət, tədqiqat və təqdimat bacarıqları;
Excel və Power Point üzrə mükəmməl bilik və bacarıqlar.
İnsan Resurslarının İdarə Edilməsi və ya oxşar sahələr üzrə ali təhsil arzuolunandır.
Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur. Rus və digər dil bilikləri arzuolunandır.
İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
Nəticəyönümlülük, analitik düşüncə və komandada işləmək bacarıqlarınıza güvənirsinizsə, bizim komandamızın üzvü olmaq fürsətini dəyərləndirin.
Qeyd edilən tələblərə uyğun namizədlərdən CV-lərini aşağıdakı link üzərindən göndərmələri xahiş olunur.