Növbətçi elektrik montyoru ("Qarabağ Regional Elektrik Şəbəkəsi" MMC)

Xankəndi, Ağdərə

AzərEnerji ASC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İstehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi ilə fasiləsiz təchizatı, Y/st-dа etibarlı iş rejiminin təmin edilməsində iştirak etmək.
  • Yarımstansiyada rejiminin sutka ərzində düzgün aparılmasına nəzarət etmək
  • Rejimin dəyişməsi ilə əlaqədar olan sifarişlərin işlənməsində iştirak etmək.
  • Yarımstansiya üzrə yük və gərginliyin səviyyəsinin ölçülməsində iştirak etmək.
  • Sifariş və əməliyyat blanklarına əsaslanaraq Y/st-dа planlı açılmalarda iştirak etmək, avadanlıqları açmaq və əməliyyatdan sonra qoşmaq.
  • Sifarişlərə əsasən avadanlıqların təmirə çıxma sxemin hazırlamaq, təmir, təftiş və sınaqdan sonra sxemi normal vəziyyətə gətirmək.
  • Operativ əməliyyatların aparılması zamanı avtomatika və mühafizənin ən qısa müddətdə işdən çıxmasını təşkil etmək
  • Yarımstansiyanın normal və qəza sxemlərinin hazırlanmasında iştirak etmək,
  • Y/st-nın ayrı-ayrı elementləri və qida mənbəyi işdən çıxan zaman qəza sxeminin dəqiq yerinə yetirilməsi
  • Yarımstansiyada qeyri-normal rejimin aradan qaldırılması üçün bütün tədbirlərin görülməsində iştirak etmək.
  • Təlimata əsasən Y/st-dа olan dəyişiklikləri tez və tam dispetçer sxemində qeyd etmək, torpaqlama və başqa şərti işarələri göstərmək
  • Növbə ərzində Y/st-dа quraşdırılmış bütün avadanlıqların, cihazların və aparatların işləməsinə nəzarət etmək.
  • Qəza hallarının ləğv edilməsi
  • Avadanlığın təmir edilməsi
  • Növbə zamanı avadanlıqlara baxış keçirilməsi
  • Naryad-buraxılış zamanı iş yerini hazırlamaq
  • ƏM, TT, Tİ və YM qaydalarına əməl etməsi
  • İş vaxtının norması- növbəli
  • Müqavilə növü- Müddətli

Xüsusi tələblər

  • Yaş həddi-22-40
  • Cins - Kişi
  • Qarabağ bölgəsindən olan namizədlərə üstünlük veriləcəkdir.
  • Müvafiq sahə üzrə iş təcrübəsi və ya təhsil mütləqdir.
  • İş təcrübəsi- 1 il
  • Təhsil Pilləsi- Ali və ya orta ixtisas
  • İxtisası-elektroenergetika və elektrik montyoru
  • Sertifikatlar- Sahə üzrə sertifikat üstünlükdür
  • MS Office proqramları
  • Əlavə dil biliyi üstünlükdür
  • İşə məsuliyyət, etik davranış, nizam-intizam

Telegram kanalımız