Qazanxanaçı

Bakı

TƏBİB
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qazanxananın fasiləsiz işləməsinin təmin edilməsi
  • Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemlərinə verilən suyun temperaturuna nəzarət edilməsi
  • Nasos, mühərrik və digər mexanizmlərin iş fəaliyyətinə hakim olunması, qazanxana sisteminin sxemi və xarakteristikası tələblərinin icra edilməsi
  • Aqreqatlara istismar xidməti göstərməklə, onların fasiləsiz və faydalı işinin təmin edilməsi
  • Xidmət edilən avadanlığın işə salınması, dayandırılması, sınanması, təzyiq altında yoxlanılması və istilik sxemlərində dəyişdirmələrin aparılması
  • Ölçü vasitələrinin göstəricilərinə, avtomatik tənzimləyicilərin və siqnalvericilərin işinə nəzarət edilməsi
  • Yanacaq sərfinin uçotunun aparılması

Xüsusi tələblər

  • Orta ixtisas (texniki ixtisaslar üzrə)
  • Müvafiq sahə üzrə minimum 1 il təcrübə
  • Müvafiq sahə ilə bağlı sertifikat (şəhadətnamə)

Tələb olunan sənədlər:

  • Şəxsiyyəti təsdiq edən sənədin surəti
  • Diplomun surəti
  • CV
  • Sahə ilə bağlı sertifikatın (şəhadətnamənin) surəti


Müraciət qaydası

CV [email protected] ünvanına göndərilməlidir

Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (məsələn: BBSM-qazanxanaçı) qeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız