Şöbə müdiri/Kommersiya departamenti/Biznesin inkişafı şöbəsi

Bakı

Azərbaycan Dəmir Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şöbənin fəaliyyətinə ümumi rəhbərlik etmək, departamentin rəhbərliyinə hesabat vermək, departament və ADY rəhbərliyi tərəfindən ona həvalə edilmiş digər vəzifələri həyata keçirmək;
  • Yüklərin dəmir yolu nəqliyyatına cəlb olunması üçün biznes mühitin yaradılmasına və fraxt agentlərin (ekspeditorların) fəaliyyətinə dəstək tədbirlərinin işlənib hazırlanmasını təmin etmək;
  • Müştərilərlə proaktiv ünsiyyətin təmin edilməsinə nəzarət mexanizmini formalaşdırmasını təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə tərtib olunan rüblük və aylıq hesabatları ADY sədrinə təqdim etmək;
  • Dəmir yolu logistika xidmətlərinin tələblərini təhlil etmək, cari və gələcək müştəri tələblərini müəyyənləşdirməsini təmin etmək;
  • Müştəri məmnuniyətinin ölçülməsi və yüksədilməsi üçün lazımi məlumatların (sənədlərin, hesabatların) əldə edilməsi ilə bağlı səlahiyyətləri daxilində zəruri tədbirlər görülməsini təmin etmək;
  • Şöbənin işçilərinin başqa işə keçirilməsi, mükafatlandırılması, həmçinin əmək intizamını pozan işçilərə intizam tənbehi verilməsi haqqında öz rəhbərinə təkliflər vermək;
  • Beynəlxalq müstəvidə cəlb olunmuş müştərilərin fraxt agentlərlə (ekspeditorlarla) əmakdaşlığının həftəlik olaraq monitorinqini aparmaq, nəticələrinin təhlilini ADY-nin rəhbərliyinə təqdim etmək;
  • Logistika proseslərinin inteqrasiyası və uyğunlaşdırılmasında müştərilərə dəstək tədbirlərini həyata keçirməsini təmin etmək;
  • Vahid müştəri xidməti standartlarının hazırlanması və istifadəsini həyata keçirilməsini təmin etmək;
  • Mövcud müştərilərlə ünsiyyət keyfiyyətinin daha da yüksəldilməsinə nəzarəti təmin etmək;
  • Rəhbərlik tərəfindən tələb olunan operativ hesabatların dəqiq və vaxtında təqdim edilməsini təmin etmək;
  • ADY-nin strukturuna daxil olan qurumlarına sahəsinə aid olan məsələlərin həllində zəruri hallarda sahəsi üzrə birlikdə fəaliyyət göstərmək.

Xüsusi tələblər

  • Kommersiya sirri haqqında qanun
  • Kommersiya fəaliyyəti haqqında qanun
  • Kommersiya və sahibkarlıq haqqında hüquqi biliklər
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması qaydaları
  • Problem həlletmə
  • Müştəri yönümlülük
  • Təşəbbüskarlıq
  • Strateji düşüncə
  • Dəyişiklikləri idarə etmə

Oxşar vakansiyalar

 
  • Bakı

  • 540 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız