CİS üzrə baş mütəxəssis / Geoloji kəşfiyyat şöbəsi / Coğrafi informasiya sistemləri sektoru

Bakı

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar CİS üzrə innovativ planların tərtib edilməsində iştirak etmək;
  • Müxtəlif miqyaslı xəritələrin tərtibi işlərində iştirak etmək;
  • Müvafiq proqram təminatlarından (Microsoft Office, ArcGis, Micromine və sair) istifadə etməklə məlumat bazalarının yaradılmasının həyata keçirilməsində iştirak etmək;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinin coğrafi koordinatlarının müəyyən edilməsini və vaxtı-vaxtında məlumat bazasına daxil edilməsini həyata
  • keçirtmək;
  • Faydalı qazıntı yataqlarının ehtiyatlarının hesablanması üçün buruq qazmalarından və digər dağ-mədən işlərindən alınan emprik məlumatların məxsusi proqramlarda
  • hesablanmasını hazırlamaq;
  • Rəqəmsal xəritənin tərtib etdirilməsi üçün məkan məlumatların konvertasiyasını həyata keçirmək.
  • Müxtəlif təyinatlı xəritələrin, planlar və sxemlər hazırlamaq;
  • Geoloji və coğrafi məlumatları məlumat bazasına yığmaq, redaktə etmək;
  • Skan olunmuş xəritələrdən, planlardan və kosmik təsvirlərdən məlumatları rəqəmsallaşdırmaq;
  • Podratçıların fəaliyyət göstəricilərinin toplanılması və qrafik əks olunması;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinə dair situasiya planlarını, o cümlədən geoloji ayırma sənədlərin əldə edilməsi məqsədi ilə dövlət qurumlarına təqdim edilməsi nəzərdə tutulan aidiyyəti sənədləri hazırlamaq;
  • Cəmiyyətin fəaliyyəti ilə əlaqədar aparılan geoloji-kəşfiyyat işləri sahələrinin sərhədlərinin müəyyən edilməsinə dair rəqəmsal işlərin yerinə yetirilməsində iştirak etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

Xüsusi tələblər

  • Komputer bilikləri: MS Office proqramları, 3 ölçülü mədən proqram təminatları ilə işləmə bacarığı (Surpac, Micromine və s.), 2 ölçülü proqram təminatı ArcGİS ilə işləmə bacarığı Google Earth, Mapİnfo proqram təminatları yaxşı səviyyədə işləmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri yaxşı səviyyədə tələb olunur;
  • Koordinat sistemləri, proyeksiya, datum, geod haqqında biliklərə malik olması;
  • Kosmik təsvirlər barəsində və kosmik təsvirlərin deşifrələnmə prinsiplərini bilmək;
  • Lidar texnalogiyaların tətbiqi prosessləri barəsində biliklərinə malik olmaq;
  • Məkan məlumatların standarlarını (topologiya daxil olmaqla) bilmək;
  • SQL sorğu proqramlaşdırma dilində sorğular yazmaq;
  • Geoprosesing vasitəsi ilə modellər yaratmaq (Model builder);
  • Məlumat bazaların yaradılmasını bacarmaq;
  • CİS üzrə innovativ planları tərtib edilməsində iştirak etmək;
  • CİS təhlillərini aparmaq
  • 3D proqramlarında işləmək bacarığı (Micromine, Surpac, Datamine, Leapfrog və s.);
  • DEM və digər topoqrafik modellər üzrə əməliyyatlar icra etdirmək;
  • Filiz kütlələrini modelləşdirilməsi və mədən layihələndirmə işləri üzrə elementar biliklər;
  • Statistik təhlillər aparmaq;
  • Gündəlik əsasda podratçıların əsas fəaliyyət göstəricilərinin qarşı tərəfdən alınması, yoxlanılması və müvafiq formaya əlavə edilməsi;
  • Formaya doldurulmuş məlumatlar əsasında əsas fəaliyyət göstəriciləri lövhəsində bu məlumatların qrafik və ya digər formatda əks etdirilməsi;
  • Mövcud olduqda kartoqrafik məhsulların istehsalı üçün istifadə olunan proqram təminatları üzrə sertifikatlar (ArcGİS Desktop&Extensions, ArcGIS Server, MapInfo Professional,
  • AutoCAD Map 3D, SQL və s.);
  • Əməkdaşlıq, davamlı inkişaf, məsuliyyət, vizyon, planlaşdırma və təşkiletmə, liderlik bacarıqları;
  • Bakalavr təhsili - Coğrafi informasiya sistemləri, xəritəçəkmə, geodeziya, coğrafiya, geologiya.
  • Müvafiq sahədə minimum 3 il

Müraciət üçün (CV): https://careers.azergold.az/daxil-ol
Telegram kanalımız