Aparıcı mütəxəssis (Təminat şöbəsi)

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir; 
• Vəkalətnamə və ya etibarnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
• Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
• Şöbənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən şöbənin 
əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
• Şöbənin Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası 
məcburi göstərişlər verir; 
• Öz fəaliyyətində qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması üzrə tədbirlər görür;
• İş bölgüsü üzrə şöbənin fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• İş bölgüsü üzrə Agentliyin Aparatının mövcud anbarının mədaxil və məxaricinə cavabdehlik daşıyır;
• İş bölgüsü üzrə Agentliyin balansında və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin istifadəsinə nəzarət 
edir və bununla bağlı tələb olunan hesabatları hazırlayır;
• İş bölgüsü üzrə Agentliyə malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirir;
• İş bölgüsü üzrə Agentlikdə aparılan əmlakın və öhdəliklərin inventarizasiyası ilə bağlı işçi qruplarda iştirak 
edir və inventarizasiyanın nəticələri ilə bağlı hazırlanmış aktları imzalayır;
• Şöbənin fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
• Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
• Əmək müqaviləsində və şöbənin Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları 
həyata keçirir.

Xüsusi tələblər

• Ali təhsil (Maliyyə, mühasibat, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə)
• ixtisası üzrə profilinə uyğun 4 ildən az olmayaraq iş təcrübəsi (dövlət satınalmaları üzrə təcrübə 
mütləqdir)
• Hesabatların və təqdimatların yüksək səviyyədə hazırlanması bacarığına malik olmalıdır.
• İngilis və ya rus dilini yaxşı səviyyədə bilməlidir.
• İqtisadiyyat, maliyyə və mühasibat sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır.
• Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu və dövlət satınalmaları barədə digər 
normativ hüquqi sənədlər barədə tam biliklərə malik olmalıdır.
• Dövlət satınalmalarının vahid internet portalında tam işləmə bacarığı olmalıdır (dövlət satınalmaları 
barədə keçirilmiş təlimlər üzrə əldə olunmuş sertifikatlara üstünlük veriləcəkdir).
• Excel və Word proqramlarında tam işləmək bacarığı olmalıdır.
• Azərbaycan dilində səlis və sərbəst Agentlik daxili və qurumlar arası məktub yazmaq bacarığı olmalıdır.


Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Təminat şöbəsi – Aparıcı mütəxəssis) qeyd edin

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız