Aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu (

Yardımlı

Yardımlı Rayon İcra Hakimiyyəti
Dövlət qulluğu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komissiyanın işinin təşkilində səlahiyyətləri daxilində iştirak edir; 
  • Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;
  • Yetkinlik yaşına çatmayanların psixoloji cəhətdən müdafiəsi işinin təşkilində iştirak edir, onlar arasında psixoloji vəziyyətin nəzarətdə saxlanılması məqsədilə müvafiq tədbirlər görülməsini təmin edir;
  • Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması üçün maarifləndirici və diaqnostik işlər aparır, ümumtəhsil müəssisələrinin psixoloqları ilə qarşılıqlı əməkdaşlıq və məsləhət fəaliyyətini həyata keçirir;
  • Ümumtəhsil müəssisələrinin psixoloqları ilə birlikdə problemli uşaqların müəyyənləşdirilməsini və onlarla işin aparılmasını, psixoloji durumu gərgin olan uşaqların nəzarətə götürülməsini təmin edir;
  • Uşaqların sosial və psixi sağlamlığının qorunması məqsədilə psixoloji proqram, tövsiyə və layihələrin hazırlanmasında iştirak edir;
  • Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması əsasında onların məhkəmə və digər qurumlarda dindirilməsində psixoloq kimi iştirak edir;
  • Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanları, habelə sosial xidmətlərə ehtiyacı olan yetkinlik yaşına çatmayanların üzvü olduğu ailələri aşkar edir, onların sosial reabilitasiyasının həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər görür, fərdi sosial reabilitasiya proqramlarına uyğun olaraq onlara lazımi yardım göstərir;
  • Spirtli içkilər içən, narkotik vasitələr, psixotrop maddələr qəbul edən yetkinlik yaşına çatmayanlar barəsində materialların müalicə-profilaktika və reabilitasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə müvafiq tibb müəssisələrinə göndərilməsini təmin edir;
  • Ailə, qadın və uşaqlara sosial yardım göstərilməsi işininin təşkil edilməsində, ailə institutunun möhkəmləndirilməsi və ailə dəyərlərinin təbliğinə yönəlmiş tədbirlərin təşkil edilməsində iştirak edir;
  • Erkən nikaha cəlb olunmuş qızların uçotunun aparılmasını, belə hallara qarşı profilaktiki tədbirlərin görülməsini təmin edir;
  • Valideyn nəzarətindən və təhsildən yayınan, eləcə də ictimai davranış qaydalarını pozan hüquqpozmaya və zərərli vərdişlərə meyilli olan, avaraçılıqla və dilənçiliklə məşğul olan azyaşlılar barəsində profilaktiki tədbirlərin həyata keçirilməsini təmin edir;
  • Yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərilməsi, onların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısını alınması məqsədilə aidiyyəti dövlət qurumlarının və təşkilatların fəaliyyətininin əlaqələndirməsini təmin edir;
  • Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması, həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması, tərbiyəsi, təhsil alması, işləməsi və istirahəti, baxımsızlığının və kimsəsizliyinin profilaktikası sahəsində müvafiq proqramların işlənib hazırlanmasında iştirak edir və onların icrasına nəzarət edir;
  • Yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin qorunması ilə bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsi barədə təkliflər verir, habelə keçirilən tədbirlərdə iştirak edir;
  • Komissiyanın iş planının hazırlanmasında iştirak edir və  iş planında nəzərdə tutulmuş aidiyyəti tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirir;
  • Komissiyanın fəaliyyəti ilə bağlı hesabat, arayış və məlumatlar hazırlanmasında iştirak edir;
  • Komissiyaya daxil olan aidiyyəti ərizə, şikayət, təklif və məktubları qanunvericiliklə müəyyən edilmiş qaydada icra edir, səlahiyyətləri daxilində vətəndaşların qəbulunda iştirak edir;
  • Kargüzarlıqla bağlı qaydalara və məxfilik rejiminə riayət edir;
  • Komissiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
  • Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət:29.05.2024 18:00

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: təhsil ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu üzrə ali təhsil
  • İş stajına dair tələblər: yoxdur
  • Kompüter biliklərinə dair tələblər: Windows ƏS, MS Office, İnternetdən istifadə (orta səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: Rus dili-A1 və ya İngilis dili-A1;


Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
  • Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
  • Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
  • Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti;
  • elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.
  • xüsusi, hərbi və ya diplomatik rütbəyə malik olan şəxslər müvafiq rütbəyə malik olmasını təsdiq edən sənədin surətini.


Qeydlər:

  • Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər, o cümlədən ehtiyat kadrlar iştirak edə bilərlər.
  • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları (o cümlədən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, hərbi, diplomatik rütbəsi olan şəxslər) altı ay ərzində müsahibəyə buraxılmırlar.
  • “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, hazırda qulluq keçən və inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanından keçdiyini təsdiq edən sertifikata malik olmalıdırlar. Qeyd olunan kateqoriyaya aid dövlət qulluqçuları vəzifənin adı və təsnifatı eyni olan və ya aşağı olan vəzifələrə iddia etdikdə onlardan sertifikat tələb edilmir
  • Elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə sənədin surəti notarial qaydada təsdiq edilməlidir.
  • 1992-ci ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • 1500 - 1800 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Sumqayıt

  • 500 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız