Satınalma üzrə mütəxəssis

Bakı

Matanat A

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə  vaxtında və sərfəli satın alınması;
  • Təkliflərin düzgün analiz olunması və müqayisəsinin təşkili;
  • Bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması və uyğun tədarükçülərlə müqavilələrin bağlanması
  • Tender və təkliflər sorğusu əsasında qiymət sorğularının keçirilməsi,
  • Satınalma və ya təchizat sifarişlərinin 1C proqramına daxil edilməsi və 1C də müvafiq əməliyyatların icra edilməsi
  • Struktur daxili müvafiq hesabatların vaxtı-vaxtında rəhbərliyə təqdim edilməsi.
  • Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İş yeri: Baş Ofis – Luxen Plaza (Xətai p-ti, Təhsil Nazirliyinin yanı);
  • Korporativ nömrə verilir;

Xüsusi tələblər

  • Təhsili: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan (rus və ya ingilis dilini bilməsi üstünlükdür);
  • Kompüter biliyi: Microsoft Office;
  • Satınalma sahəsində təcrübə (xüsusilə inşaat və ya nəqliyyat sahəsi üzrə) ;
  • Satınalma müqavilələrinin tərtib etməyi bilməli;
  • Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti olmalı.



Telegram kanalımız