Enerji layihələri departamentinin iqtisadçısı

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS)- lər və Strateji Layihələr üzrə layihə və maliyyə hesabat və modelləri təhlil etmək, iqtisadi göstəriciləri yoxlamaq və modellər üzrə daxili hesabatların hazırlanması, yeni modellərin yaradılması
  • HPBS-lər üzrə dövlətin payına düşən gəlirlərin satışından əldə olunan gəlirlərinin və satış xərclərinin yoxlanılması və daxili sistemlərdə işlənilməsi;
  • HPBS-lər üzrə dövlətin payının gəlirlər və hasilat olaraq müxtəlif sənədlər əsasında mütəmadi olaraq müəyyən edilməsi, təhlil və üzləşdirilmənin (cross check) həyata keçirilməsi, müvafiq arayışların hazırlanması
  • Neft – qaz layihələri üzrə hasilatın, xərclərin və digər parametirlırin analitik təhlilinin aparılması
  • Neft-qaz layihələri üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda daxili paylaşılmasının təmin edilməsi.
  • Neft-qaz layihələri üzrə xalis ixrac dəyərlərinin təhlili və təsdiq üçün təqdim olunması
  • Neft-qaz layihələri üzrə vahid proqnozlaşdırma sistemi üzrə proseslərin icra edilməsi və digər departamentlərlə inteqrasiya edilməsi.
  • Neft- qaz layihələri üzrə Maliyyə hesabatlarının (İFRS) peşəkar təhlili və rəylərin hazırlanması
  • Bonus və Akrhesabı ödənişlərinin qeydiyyatının aparılması, formalaşması üzrə analizin aparılması və standart analitik arayışların hazırlanması
  • Hasilatın proqnoz və faktiki icrası üzrə qeydiyyat və analizin aparılması
  • Nəql kəmərləri ilə nəql olunan neftin miqdarı və tarif ödənişi haqqında məlumatın daxili sistemlərdə işlənilməsi.
  • HPBS-lər üzrə hasil olunan həcmlər barədə məlumatın daxil sistemlərə işlənilməsi, analitik təhlillərin aparılması və hasilat üzrə standart daxili hesabatların hazırlanması və vahid formatda fonddaxili paylaşılması
  • Dövlətin payına düşən karbohidrogenlərin satış partiyaları üzrə çıxılan xərclərinin müvafiq Müqavilə Şərtləri ilə təhlil ediməsi və daxili sistemlərdə işlənməsi
  • HPBS üzrə sərmayəçilər qarşısında mənfəət vergisinin dövlətə ödənilməsi öhdəliyinin icra edilməsi prosedurunun həyata keçirilməsi
  • Platts üzərindən, Dövlətin mənfəət neftinin satış qiymətinin formalaşmasının müvafiq qaydada yoxlanılması
  • HPBS -lər İllik iş proqramının və büdcənin və onun icrasının analizinin aparılması və daxili sistemlərdə işlənilməsi,
  • Layihələr üzrə İllik büdcələrin təhlil edilməsi və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
  • ERP sisteminə məlumatların daxil edilməsi
  • HPBS və Strateji Layihələr üzrə Müşahidə Şuraları və Ümumi yığıncaqlarda təsdiq üçün təqdim edilmiş sənədlərin təhlili və qərar üçün analizin nəticələrinin təqdim edilməsi
  • Strateji layihələr üzrə gəlirlərin geri qaytarılamasının müəyyən edilmiş mexanizminə uyğunluğunun təhlil edilməsi
  • Departamentin fəaliyyətinə aid edilə bilən əlavə xüsusi işlərin icrası

Xüsusi tələblər

  • MS Ofis Proqramları üzrə yüksək səviyyədə bilik tələb olunur. MS Excel üzrə yüksək səviyyədə bilik tələb olunur.
  • İqtisadiyyat, Maliyyə, mühasibatlıq üzrə ali təhsil
  • CFA, ACCA ixtisaslaşma arzuolunandır.
  • Azərbaycan və ingilis dillərini səlis səviyyədə bilmək tələb olunur.
  • Bu sahə üzrə 3-5 il təcrübəyə üstünlük verilir.

Telegram kanalımız