Hündürlükdə qaynaqçı

Sumqayıt

Qartal Tikinti Firması

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qartal Tikinti Firmasının baş ofisinin ünvanı: Sumqayıt şəhəri, Koroğlu prospekti 278, 48-ci məhəllə
  • Azərkimya İB-də, Ümid Babək Beynəlxalq Əməliyyat şirkətinin qurudakı və dənizdəki obyektlərində metal konstruksiyanın montaj və demontaj işləri yerinə yetiriləcək
  • Qartal Tikinti firmasının metal-konstruksiya sexində Sifarişçi obyektlərində metal konstruksiyaların quraşdırılması üçün sxemə uyğun metal profillər kəsilib, qaynaq üçün hazırlayacaqdır
  • Sifarişçinin obyektlərində əvvəlcədən hazırlanmış metal konstruksiyaları sxemə uyğun quraşdıracaqdır
  •  İş saatı 08:00-dan -18:00-dək
  • İstirahət günü - Bazar günləri
  • Normadan əlavə iş saatlarının dəyəri ödəniləcəkdir
  • İş yerinə və geriyə daşınma Qartal Tikinti firmasının nəqliyyat vasitəsilə yerinə yetiriləcəkdir
  • İşlədiyi yerdə firma tərəfindən naharla təmin ediləcəkdir
  • Dənizdə işləyən zaman, platformada gecələmək üçün otaq ayrılacaqdır və səhər, günorta və axşam yeməyi təmin ediləcəkdir
  • İş görüləcək obyektlər: Azərkimya İB, Ümid -Babək Beynəlxalq Əməliyyat şirkəti, Qartal Tikinti firmasının metal konstruksiya sexi

              Xüsusi tələblər

              • Müasir qaynaq aparatıları işləməyi bacarmalıdır
              • O cümlədən: Qaynaq aparatı Model: Kemppy MLS 3500 Finlandiya istehsalı; Arqon qaynaq aparatı
              • Model: Miller STH 270 ABŞ istehsalı - Yarımavtomat qaynaq aparatı Model: GekaMac 500 Türkiyə istehsalı
              • Hündürlükdə metal konstruksiyaların qaynağı işlərində ən azı 3 il iş təcrübəsi olmalı
              • Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir
              • Hündürlükdə işləmək üçün qaynaqçı sertifikatına malik olmalıdır
              • Əgər sertifikatı yoxdursa, Qartal Tikinti firmasının təlim-tədris mərkəzində müvafiq kurs keçdikdən sonra, uyğun nəticə əldə edərsə, müvafiq sertifikat veriləcəkdir
              • İşləri təhlükəsiz yerinə yetirmək üçün hündürlükdə işləmək üçün avadanlıqlarından və fərdi mühafizə vasitələrindən istifadə etməyi bacarmalı
              • İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir
              • Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, metalın tipinə uyğun elektrodu düzgün seçə bilməlidir
              • Qaynaq tikişlərini qaynaq prosedurunun Spesifikasiyasına (WPS) uyğun yerinə yetirməyi bacarmalıdır
              • İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməli
              • Qurğularda montajın texnologiyasını bilməli, verilən işləri sərbəst surətdə yerinə yetirməli
              • Kəsici alətlər: rezak, laqonda işlədə bilməli
              • Çertyojla işləmək və ölçü işlərini sərbəst sürətdə bacarmalıdır
              • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük verilir
              • Hündürlükdə işləri yerinə yetirmək üçün sağlamlıq haqqında arayış təqdim etməlidir


              CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində " HÜNDÜRLÜKDƏ QAYNAQÇI" qeyd edərək müraciət edə bilərsiniz.

              Müraciət etmək üçün: [email protected]
              Telegram kanalımız