Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texniki şöbənin idarə olunması, gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək;
  • Profilaktik texniki qulluq proqramlarının icrasına kömək etmək;
  • Texniki maşın və avadanlıqların istismarına, kommunal xidmətlərdən istifadəyə nəzarət etmək, enerjiyə qənaət olunmasını təbliğ və təmin etmək, hər hansı uyğunsuzluq və ya pozuntular haqqında rəhbərliyə xəbər vermək;
  • Tələb olunduqda fərqli iş növbələrində işləmək;
  • Boru kəmərlərində qaz sızmaları, buxar sızmaları, su sızmaları, drenaj xətlərində tutulmalar kimi nöqsanların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək;
  • Bütün hava kondisionerləri, soyuducuları, soyuducu kameralar və dondurucuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə xidmət göstərmək;
  • Boru fitinqlərinin quraşdırılması və qaynaq işlərini həyata keçirmək;
  • Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidmət və təmir işlərini həyata keçirmək;
  • Nasoslar, kompressorlar, ventilyatorlar, pnevmatik sistemlər, otelin maşın və avadanlıqlarına texniki xidmət, quraşdırma, təmir və əsaslı yoxlanılma kimi xidmətləri həyata keçirmək;
  • Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişini əvvəlcədən hazırlayaraq rəhbərliyə təqdim etmək;
  • Qurğu və avadanlıqlara profilaktik texniki xidmət,  qonaq otaqlarında texniki xidmətlərin yerinə yetirilməsini icra etmək;
  • Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;


Xüsusi tələblər

  • Müvafiq iş təcrübəsi;
  • Texniki sahədə müvafiq təhsil;


Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını "Mexanik" qeyd etməklə 04.06.2024-cü il tarixinədək göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız