Maliyyə Departamentinin Büdcə və Maliyyə Hesabatlılıq bölməsinin rəhbəri

Bakı

Milli Depozit Mərkəzi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq maliyyə uçotunu aparmaq və maliyyə hesabatlarının hazırlanması ilə bağlı maliyyə siyasətini hazırlamaq, maliyyə siyasətinin müntəzəm olaraq yenilənməsi üçün təkliflər vermək, həmçinin icrasına nəzarəti həyata keçirmək;
  • Vahid Hesablar Planını və ona uyğun olaraq standart müxabirləşmələri hazırlamaq;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (İFRS) uyğun olaraq maliyyə hesabatlarının, o cümlədən maliyyə vəziyyətinə dair (Balans hesabatı), mənfəət və ya zərər, habelə digər məcmu gəlirlər, pul vəsaitlərinin hərəkətinə dair, kapitalda dəyişikliklər barədə hesabatların qeyd və açıqlamaların hazırlanmasına dəstək göstərmək, hesabatların vaxtında təqdim edilməsini təmin etmək;
  • Maliyyə, mühasibatlıq strukturlarına davamlı dəstək göstərmək, o cümlədən gündəlik əməliyyatlar üzrə maliyyə uçotuna dair problemləri həll etmək və sualları cavablandırmaq;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanan maliyyə hesabatları üzrə maliyyə təhlillərini aparmaq və boşluqlar müəyyən edərək onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Maliyyə hesabatlarının kənar auditi proseslərini koordinasiya etmək;
  • Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
  • Aktivlərinin qorunması və bazar dəyərinin artmasına töhfə vermək;
  • Bölmənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində rəhbərliyə təkliflər vermək;
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
  • Proqnoz büdcə layihələrinin, gəlir və xərclər smetalarının layihələrinin hazırlanmasına dəstək vermək;
  • Təqdim edilmiş proqnoz büdcə layihələrinin gəlir və xərclər smetalarının göstəricilərini təhlil etmək, müvafiq hesablamalar aparmaq, həmçinin zəruri hallarda müvafiq əlavə dəyişikliklərin aparılması barədə təkliflər vermək;
  • Büdcə layihələrinin müzakirələrini aparmaq;
  • Təsdiq edilmiş büdcələrinə, gəlir və xərclər smetalarına, o cümlədən büdcənin xərc maddələri üzrə artıq xərclərinə nəzarət etmək, nəzərdə tutulmayan xərclərə yol verilməsi hallarını müəyyən etmək
  • Büdcənin icrası barədə müəyyən olunmuş qaydada hesabat dövründən sonrakı dövrədək aylıq, rüblük və ilin əvvəlindən artan yekunla hesabatları almaq, onların icrasına dair göstəriciləri ümumiləşdirərək icra vəziyyətini təhlil etmək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə ali bakalavr və magistr təhsili;
  • Hesabatlılıq və Büdcə üzrə rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi və ya işçi vəzifəsində minimum 5 il iş təcrübəsi
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər; (MHBS)
  • Vergi qanunvericiliyi üzrə biliklər;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • Xarici dil biliyi (ingilis dili, rus dili biliyi arzuolunandır);
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
  • 1C 8.3 versiyası üzrə bilik və işlətmə bacarığı;
  • Statistik və riyazi biliklər;
  • ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
  • Böyük dördlük (Big4) və ya onluq (Top10) audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir;
  • Analitik təhlil, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə bacarığı;


Maraqlanan şəxslərdən [email protected] e-mail ünvanına #CV anketini təqdim etməsi xahiş olunur.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Qaradağ

  • 600 - 800 AZN

 
  • Sumqayıt

  • Razılaşma yolu ilə

  • Qaradağ

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • 500 AZN

Telegram kanalımız