Keyfiyyət və farmakonəzarət üzrə mütəxəssis

Bakı

Zeytun Pharmaceuticals
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətin İSO 9001-in tələblərinə uyğun sertifikasiyaya hazırlanmasında və sonrakı periodik inspeksiya nəzarətində iştrak edilməsi;
  • Rəhbərliyin göstərişi ilə keyfiyyət menecment sisteminə (KMS) aid məsələləri ilə sertifikasiya orqanları və konsaltinq firmaları ilə işlərin icrasının təşkil edilməsi;
  • Normativ sənəd layihələrinin hazırlanması;
  • Farmakonəzarət üzrə məsul şəxs dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər və digər arzuolunmaz nəticələr barədə məlumatları, həmçinin farmakonəzarət üzrə məlumatları və hesabat sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsə təqdim etməlidir;
  • Farmakonəzarət üzrə məsul şəxs yararsız dərman vasitələrinin utilizasiya prosesini təşkil etməlidir;
  • Farmakonəzarət sisteminin yüksək səviyyədə aparılması üçün tibb işçiləri tərəfindən spontan əlavə təsir bildirişlərinin ötürülməsi üçün təşviqedici tədbirlər görməlidir;
  • Təqdim etdiyi bildirişlərlə bağlı pasientin, tibb və əczaçılıq işçisinə dair məlumatların konfidensiallığının qorunması üçün tədbirlər görür və həmin şəxslərin razılığı olmadan bu məlumatların Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, açıqlanmasına yol verməməlidir;
  • Farmakonəzarət üzrə auditlərdə və uyğunluq proqramlarının audit proseslərində iştirak etməlidir;
  • Rəhbərlik tərəfindən verilən digər göstərişlərin icra edilməsi;
  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur.

Xüsusi tələblər

  • Təhsil: Ali Tibb (Əczaçılıq) təhsili;
  • Təcrübə: Minimum 3 il iş təcrübəsi uyğun sahə üzrə;
  • Azərbaycan, Rus, İngilis dil bilikləri əla səviyyədə;
  • Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) yaxşı səviyyədə.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 900 - 1100 AZN

Premium
  • Beyləqan, Biləsuvar, Xaçmaz, Gəncə, Masallı, Lənkəran, Tərtər, Tovuz, Quba, Bərdə, Ağcabədi, Cəlilabad, Goranboy, İmişli, Göyçay, Qazax, Sabirabad, Salyan, Şəmkir, Şirvan, Yevlax

  • 400 - 800 AZN

Premium
  • Bakı

  • 800 - 1200 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız