Vakansiyanın detalları

Vakansiyanın təsviri

Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC-yə baş mexanik tələb olunur.

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir;
  • Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir;
  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir;
  • Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq;
  • Defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını;


İş şəraiti 

  • Azərbaycan-Rusiya birgə müəssisəsi “AzRosPromİnvest” MMC, Qazax rayonu, Daş Salahlı kəndində yerləşir.
  • İş saatı: 08-00-dan 17-00-dək;
  • İş günü: Həftənin 5 günü;
  • İstirahət günü: Şənbə-Bazar günü;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkət tərəfindən qarşılanır;

Xüsusi tələblər

  • Ali texniki və ya mühəndis-texniki təhsil
  • Rəhbər və mühəndis-texniki vəzifələrdə sənaye sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı
  • Azərbaycan və rus dillərini  bilməli
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analitik düşünmə qabliyyəti;
  • Analiz və idarəetmə bacarığı.
  • MS office proqramlarını əla səviyyədə bilməli;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • 750 - 1300 AZN

Premium
 
  • Bakı

  • 500 - 2000 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Premium
 
  • Bakı

  • 500 AZN

Telegram kanalımız