Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən edilməsi, ehtiyac hesabatlarının hazırlanması və icrasına birbaşa nəzarət edilməsi;
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planına uyğun hazırlanması;
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
Müddət və kənaraçıxmaların analizinin edilməsi, səmərəlilik üzrə qiymətləndirilməsi, proqnozlaşdırması, işlərin planlaşdırılmış vaxt və büdcə ərzində reallaşması ehtimalının qiymətləndirməsi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirənin aparılması, gecikən işlərin yenidən planlanması;
Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərinin görülməsinə nəzarət;
Həcmlər və ölçü vahidlərinə əsasən planın tərtib edilməsi;
Tikintiyə sərf olunacaq materialların miqdarının təyin edilməsi;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
Mehriban komanda;
Perspektivli iş imkanı;
İş qrafiki: Həftə içi 5 günlük, 8.00-17.00.
Xüsusi tələblər
Ali təhsil (İnşaat üzrə);
Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli;
Yüksək səviyyədə analitik-riyazi biliklər;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;