Təminat şöbəsinə xidmətçi

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Ona həvalə edilmiş mətbəx otağının, mətbəx otağındakı avadanlıqlarının və qab-qacaqların təmizliyini qoruyur;
  • İclaslar zamanı masaların, iclas otaqlarının təmizliyini həyata keçirir və iclas iştirakçılarına tələb olunan qida məhsullarını (çay, qəhvə və s.) çatdırır;
  • İşçilərin çay fasiləsi zamanı çay tələbatını təmin etmək üçün vaxtlı-vaxtında çay hazırlıqlarını həyata keçirir;
  • Şöbə müdiri tərəfindən digər tapşırılan işləri yerinə yetirir;
  • Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşıyır;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına riayət edir;
  • Sanitar-gigiyenik ləvazimatlar bitdikdə əlavə olunmasını həyata keçirir;
  • Agentliyin inzibati binasında olan arxiv və anbar otaqlarının təmizliyini yerinə yetirir;
  • Ümumi təmizliyə nəzarət edir və icrası ilə bağlı tədbirlər görür;
  • Əmək müqaviləsi və şöbənin Əsasnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq (başlanğıc səviyyədə rus dili arzuolunandır);
  • Yaş həddi 25-45 aralığı;
  • Səliqəli və məsuliyyətli olmalı;
  • Kollektivdə işləmək və ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Xırdalan

  • Razılaşma yolu ilə

Telegram kanalımız