Sosial iş üzrə mütəxəssis (2 ştat)-Goranboy UADM

Goranboy

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

2.1. Həssas kateqoriyadan olan, o cümlədən zorakılığa məruz qalan, erkən nikah riski ilə üzləşən, insan alverinin qurbanı olma riski olan şəxslərin, təhsildən yayınan və təhsildən kənarda qalan uşaqların aşkar edilməsi və onlarla fərdi-profilaktik işin həyata keçirilməsini təşkil edir, bu istiqamətdə mütəxəssislərə təlimlər keçir, icmalarda könüllü qurupların yaradılması ilə bağlı iş aparır;
2.2. Həssas ailələr və şəxslərlə bağlı fəaliyyət planı hazırlayır, planın icrasını təmin edir, nəzarətdə saxlayır, ailələri və şəxsləri aidiyyəti qurumların xidmətlərinə yönəldir, zəruri olduqda mərkəzin psixoloq və sosial pedaqoqunun dəstəyi ilə müvafiq sosial işi təşkil edir;
2.3. Həssas ailələrə səfər edərək, yaxud yerli qurumların cəlb edilməsi ilə həmin ailələrin problemlərini araşdırır və öyrənir, həlli istiqamətində tədbirlər görür;
2.4. Müxtəlif maarifləndirmə proqramlarının tərtib edilməsində iştirak edir və bu proqramları icra edir, həssas ailələrin və şəxslərin asudə vaxtının təşkili, cəmiyyətə inteqrasiyası istiqamətində tədbirlərin təşkilində iştirak edir;
2.5. Həssas təbəqədən olan şəxlərə qarşılaşdıqları problemlərlə bağlı ilkin hüquqi məsləhətlər verir, zəruri sənədlərin hazırlanmasına dəstək göstərir;
2.6. Sosial dəstək tədbirlərinin icrası məqsədilə sosial tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq qurur;
2.7. Mərkəzin fəaliyyət istiqamətinə uyğun olaraq sosial işin təkmilləşdirilməsi istiqamətində təkliflər verir, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasında və öyrənilməsində iştirak edir;
2.8. Mərkəz tərəfindən təşkil edilən tədbirlərdə, vətəndaş qəbullarında, ailə səfərlərində iştirak edir, direktorun göstərişinə əsasən Mərkəzi təmsil edir,
2.9. Mərkəzin fəaliyyəti ilə bağlı direktorun digər tapşırıqlarını icra edir.

3. Məsuliyyəti:

3.1.Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsinə görə;
3.2. Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi tərəfindən müəyyən edilmiş qaydada - maddi ziyanın vurulmasına görə;
3.3. etik davranış normalarına əməl etməməyə görə;
3.4. hesabatların vахtındа və düzgün аpаrılmаsınа görə;
3.5. Mərkəzdə daxili nizam-intizama riayət edilməsinə görə;
3.6. ona tapşırılan avadanlığın, texnika və ofis ləvazimatının qorunmasına görə;
3.7. sosial işin təşkili ilə bağlı fəaliyyətinə görə məsuliyyət daşıyır.

Xüsusi tələblər

1.1. Ştat cədvəlinə uyğun olaraq Mərkəz direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir;
1.2. Vəzifəyə təyinat üçün minimum tələb olaraq müvafiq profil üzrə ali təhsilli olarsa stajsız, orta ixtisas təhsilli olarsa 2 ildən az olmayaraq əmək stajı olan şəxslər müəyyən edilir;
1.3. Mərkəz dirеktоrunun tаpşırıqlаrını, əmr və göstərişlərini yеrinə yеtirir.

1.4. Aşağıdakıları bilməlidir:

1.4.1. Mərkəzin fəaliyyəti ilə bağlı sənədləri, sosial sahədə, xüsusilə ailə, qadın və uşaq hüquqları sahəsində qanunvericiliyi, aidiyyəti dövlət proqramlarını;
1.4.2. sosial işin metodikasını, prinsip və texnikalarını;
1.4.3. yeni informasiya-kommunikasiya texnologiyalarını və onlarla işi;
1.4.4. müvafiq sahədə qabaqcıl iş təcrübəsini;
1.4.5.əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
1.5. İş prosesində aşağıdakı normativ sənədləri rəhbər tutur:
1.5.1. Komitənin və Mərkəzin Əsasnaməsini;
1.5.2. hazırki vəzifə təlimatını;
1.5.3. Mərkəzlərin fəaliyyətini tənzimləyən sənədləri;
1.5.4. Azərbaycan Respublikasının Əmək qanunvericiliyini.


Qeyd edilən vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 18 sentyabr – 18 oktyabr 2024-cü il tarixlərində şəxsi məlumatlar anketini (CV) [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. Müsahibə nəticələrinə uyğun olaraq, seçilmiş şəxsə bu barədə məlumat veriləcək.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı, Bərdə

  • 450 - 1000 AZN

Telegram kanalımız