Məzuniyyət əmrlərinin verilməsi, məzuniyyət haqqlarının, kompensassiyalarının son haqq-hesabın hesablanması;
İşçilərin şəxsi işlərinin formalaşdırılması və lazımi sənədlərin toplanması;
Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
1C ilə işləmək;
Xəstəlik vərəqlərinin doldurulması, protokollaşdırılması və hesablanması, e-gov-da işlənməsi;
Boş vakansiyalarla bağlı elanların verilməsi, şirkətə işçi cəlb olunması, gələn CV-lərə baxılması, uyğun namizədlərin seçilməsi və müsahibəyə dəvət edilməsi, müsahibənin aparılması;
İşçilərlə daimi əlaqədə olmaq, mövcud problemlərlə bağlı məlumat almaq və onların aradan qaldırılması üçün tədbirlər görmək;
Yeni işçilərə şirkətin prosedur qaydaları, vəzifə öhdəlikləri və struktur haqqında təlimatların verilməsi;
İşçi axınının səbəblərinin araşdırılması və qarşısının alınması üçün tədbirlər planının hazırlanması və tətbiqi;
Kadr bazasının idarə edilməsi, işçilərlə bağlı hesabatların hazırlanması, şəxsi işlərin tərtib edilməsi;
Kadr əmrlərinin və sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
Daxili intizam qaydalarına riayət olunmasına nəzarət;
İşçi heyətinə dair proseslərin (işə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s.) qanunvericiliyə uyğun rəsmiləşdirilməsinin təşkili və nəzarəti;
İnsan resurslarına dair proseslərin icra edildiyi daxili sistemin və sahibi olduğu proseslərin optimallaşdırılması barədə təkliflərin hazır edilməsi;
Komanda daxili iş bölgüsünün təşkil edilməsi və baş verən dəyişikliklər üzrə operativ qərarların tətbiqi;
Öhdəliyində olan proseslər üzrə komandanın düzgün yönləndirilməsi;
İnsan resurslarına aid icra edilmiş əməliyyatları yoxlayaraq təsdiq etmək;
Fəaliyyət sahəsi üzrə proseslərə dair hesabatların hazır edilməsi;
Qanunvericiliyə edilmiş dəyişikliklərin izlənilməsi və müvafiq proseslərə tətbiqi;
Komanda üzvlərinin inkişafının təmin edilməsi və təkliflərin verilməsi.
Xüsusi tələblər
İş təcrübəsi: 3+
Təhsil: Ali təhsil ( İnsan resursları üzrə olması üstünlükdür)
Kompüter biliyi: MS Word, MS Excel, MS Powerpoint, MS Outlook və digər ofis proqramları, habelə digər proqramlar (məsələn, 1C) üzrə biliklər