İnsan Resursları Biznes Tərəfdaşlıq üzrə Mütəxəssis

Bakı

SOCAR Downstream Management
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün funksional bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
• İşçi qüvvəsinin planlaşdırılması və büdcəsinin hazırlanması və nəzarətini təmin etmək;
• İşə qəbul və yeni işçilərin inteqrasiyası, fəaliyyət effektivliyinin idarə edilməsi, karyera məsələləri ilə əlaqədar məsləhətləşmə, işçilərin yerdəyişməsi və digər İR üzrə proseslər, siyasətlər və prosedurlar, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, İR prosesləri portfelini həyata keçirmək və müvafiq hallarda məsləhətlər vermək;
• İşə qəbul zamanı namizədlərin rəhbərlərlə müsahibə prosesi və uyğun namizədin seçilməsində iştirak etmək, seçilmiş namizədlə bağlı əmək haqqının müəyyənləşdirilməsi və iş təklifi məktubunun namizədə təqdimi və təsdiqini təmin etmək;
• Optimallaşdırma ilə əlaqədar iş yerinin ixtisara düşməsi barədə işçilərə təqdim olunacaq bildirişlərin hazırlanması, müvafiq vizalara və təsdiqə göndərilməsi, təsdiqlərdən sonra çap olunması və müəssisə rəhbərinə fiziki imzaya təqdim edilməsini təmin etmək;
• Funksional bölmə rəhbərləri ilə mütəmadi görüşləri keçirmək, aylıq və ya rüblük təqdimatları təqdim etmək;
• Funksional bölmə işçiləri ilə mütəmadi görüşləri keçirmək;
• Funksional bölmələrin iş təsviri formalarının yaradılmasına nəzarət etmək;
• Performans və istedadların idarə edilməsi proseslərini həyata keçirmək;
• Funksional bölmə işçilərinin karyera planlaşdırması və idarə olunmasına dəstək vermək;

Xüsusi tələblər

• Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
• İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• İşə qəbul və işçilərin inteqrasiyası üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
• İR Biznes Tərəfdaş kimi iş təcrübəsi arzuolunandır;
• İR biznes əməkdaşlığı modeli, fəaliyyət effektivliyinin idarə edilməsi, kadrların kvalifikasiyasının artırılması və mükafatlandırma sistemi üzrə ümumi anlayışa malik olmaq;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• SAP sistemində kadr idarəetmə modulu (SAP HCM) və SAP sistemində müvəffəqiyyət amili modulu (SAP SF) ilə işləmək bacarığı arzuolunandır;
• Azərbaycan və ingilis dillərində səlis yazmaq və danışmaq bacarığı;
• Mükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
• İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti;
• SHRM/CIPD sertifikatları arzuolunandır;

Oxşar vakansiyalar

 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Bakı

  • 2000 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız