Müştərilərə yüksək keyfiyyətli mədəni xidmət göstərməli;
Poçt göndərişlərinin və maliyyə xidmətlərinin növlərini, kateqoriyalarını, ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin növlərini tam bilməli və xidmət ərazisində onları təbliğ etməli;
Çatdırma zamanı ancaq təyin olunmuş marşrut üzrə hərəkət etməli;
Xidmət ərazisində yerləşən poçt qutularından məktubları çıxarmalı;
Çatdırma zamanı qeydiyyatlı poçt göndərişlərini F.8 cədvəlində (dəftərində), ”Xəbərnamə”li belə göndərişləri isə onların xəbərnamələrində və F.8 cədvəlində (dəftərində), kiçik paketləri onların bildirişində, teleqramları isə onların iltizamnamələrində alıcının adını, soyadını qeyd etməklə ünvan sahibinə imzalatmaqla verməli;
Ünvanı dəqiq göstərilməmiş və ya tam yazılmamış məktub korrespondensiyasının alıcılara verilməsi üçün bütün mümkün tədbirləri görməli, mənzil-kommunal istismar idarələrindən sorğu aparmalı;
Xidmət sahəsində onun normal işinə maneçilik törədən amillər barədə(nasaz abonent qutuları, işıqlanmayan bloklar və girişlər, yiyəsiz və bəd itlər və s.) PŞ-nin rəisinə məlumat verməli;
Xidmət etdiyi ərazidə poçt ödəniş nişanlarını (markalı zərflər, açıqca, buklet və s.), sim-sim, cin kart, internet kartlarını, qəzet və jurnalları və s. satşını həyata keçirməli, qəzet və jurnallara abunə aparmalı;
Xüsusi tələblər
Kollec və ya orta təhsil;
Səlis azərbaycan dili bacarığı (Rus dili üstünlükdür);
Müştərilərlə və kollektivdə işləmək qabiliyyəti;
Ünsiyyətqurma qabiliyyəti;
Dəqiq və məsuliyyətli olmaq.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər. (Nümunə: Bakı_Poçtalyon)