Satış mütəxəssisi

Bakı

LAFT GROUP
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

“LAFT GROUP” MMC sahibkarlara (fiziki və hüquqi şəxslərə) bütün iqtisadi fəaliyyətlər çərçivəsində hüquq, audit, mühasibatlıq və vergi qanunvericliyinin tələblərinə uyğun olaraq kompleks xidmət həyata keçirən qabaqcıl konsaltınq şirkətlərindən biridir. Həyata keçirilən xidmətlər üzrə ixtisaslaşmış və uğur əldə etmiş mütəxəssislərlə əməkdaşlıq etməkdədir.


  • Şirkətin həyata keçirdiyi xidmətlərin satışı ilə bağlı bazar araşdırmalarını aparmaq, yeni müştərilələr görüşlərin keçirilməsini təmin etmək, rəhbərliyə müvafiq hesabatları təqdim etmək;
  • Müştərilərlə əlaqələrin qurulmasını, şirkətin xidmətlərinin səmərəli şəkildə təqdim olunmasını və xidmətlərin satışınının həyata keçirilməsini təmin etmək;
  • Müştəri partfoliyasının artırılması ilə əlaqəli yeni müştəriləri cəlb etmək, şirkətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;
  • Şirkətə yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif növ biznes nümayəndələri ilə görüşlər təşkil etmək və xidmətlər üzrə təklif paketlərinin hazırlanmasında işitrak etmək;
  • Şirkətin partfolyasında olan müştərilərlə periodik görüşlər həyata keçirmək, şirkətin xidmətlərinə uyğun olaraq onların ehtiyaclarını müəyyən etmək, onları şirkətin həyata keçirdiyi müvafiq  xidmətlərə dair ətraflı və tam məlumatlandırmaq;
  • Şirkətin satış strategiyasını hazırlamaq, satış əməliyyatlarını həyata keçirmək üçün şirkətin rəhbərinə təkliflər vermək;
  • Satış planlarını hazırlamaq, rəhbərliklə razılaşdırılmış satış planının tamamlanmasını icra etmək;
  • Şirkətin xidmətlərinə uyğun olaraq səmərəli satış prezentasiyalarını hazırlamaq, müştərilərə təqidm etmək;
  • Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələri tərəfindən icrasının təmin edilməsini təşkil etmək, işlərin icrasını izləmək;
  • Müştərilərə xidmətlərin keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək;
  • Müştərilərlə düzgün ünsiyyət qurulmaq, xidmətlər haqqında dolğun, ətraflı məlumatlar verilmək, onların suallarını əsaslandırılmış formada cavablandırmaq.

Xüsusi tələblər

  • Korporativ müştərilərlə iş təcrübəsi;
  • Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
  • Müştəri axtarışı və cəlb etmə bacarığı;
  • Potensial müştəriləri müəyyən etmək və əməkdaşlığa cəlb etmək bacarığı;
  • Ünsiyyətcil olmalı;
  • Komanda ruhlu olmalı;
  • Öyrənməyə həvəsli olmalı, peşəsi ilə bağlı yenilikləri işinə tətbiq edə bilməli;
  • Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik kimi peşəkar vərdişlərə sahib olmalı;
  • Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Problemləri həll etmə bacarığı olmalıdır.
  • Ali təhsilli;
  • Rus və ingilis dillərinin bilinməsi üstünlükdür;
  • Detallara yüksək diqqət;
  • MS Office proqramlarında (Word, Excel, Power Point) sərbəst işləmək;
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız