Kadr kargüzarlığı üzrə mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• İşçilərin giriş-çıxış kartlarının hazırlanması və təqdim olunması;
• İşçilərin vəzifə və digər məlumatlarının əks olunduğu yaxa kartlarının hazırlanmasını və sifarişini təşkil etmək;
• İmzalanmış müvafiq əmrlərin aidiyyəti strukturlara göndərilməsini və qeydiyyata salınmasını təmin etmək;
• Vəzifə dəyişiklikləri, əmək haqqı dəyişikliyi, əmək şəraiti ilə bağlı dəyişiklərə dair verilən bildirişlərin qeydiyyata salınmasını təşkil etmək;
• Yeni gələn namizədlərin sənədlərinin yığılması;
• Işçilərin şəxsi məlumat bazalarının mütəmadi olaraq doldurulması və yenilənməsi;
• Hərbi uçotun aparılması;
• İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və müvafiq qeydiyyatın aparılması;
• İstehsalat sahəsinə mütəmadi olaraq ezamiyyətə gedilməsi (ayda 1 dəfədən az olmayaraq);

Xüsusi tələblər

  • Gülərüz, yaxşı ünsiyyət bacarıqları, səbrli, məsuliyyətli və nizam-intizamlı;
  • Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus dili (yaxşı).
  • Kompüter bilikləri: Microsoft Office proqramlarını yaxşı bilməli.
  • Uyğun sertifikatın olması arzuolunandır.
  • Ali təhsil tələb olunur.
  • Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;

Telegram kanalımız