Mütəxəssis / Təmir-tikinti və texniki təminat şöbəsi / Mexanika sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş müvafiq tədbirlərin icra edilməsində iştirak etmək;
• Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabat, arayış və digər sənədlərin verilmiş məlumatlar əsasında dövrlər üzrə hazırlanmasında səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Mexaniki avadanlıqlarda təmiri və quraşdırılması işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ tədbirlərin ardıcıllığı) iştirak etmək;
• Götürülən öhdəliklərin,qoyulan tapşırıqların icrasını təmin etmək, layihələrin icrası, manitorinqi və qiymətləndirilməsi sahəsinə aidiyyatı struktur bölmə tərəfindən təşkil edilən işlərdə iştirak etmək,aparılan yoxlama proseslərində çatışmazdıqlar aşkar edildikdə bu barədə rəhbərliyə məlumat və hesabat vermək;
• Mexaniki avadanlıqlarda yenidən dizayn edilməsi ,qurğunun təmiri və ya konstruksiyası üçün planın hazırlanmasına dəstək göstərmək;
• Texniki sənədləri tərtib etmək ( iş cədvəli, təlimatlar, planlar, smeta);
• Texnoloji avadanlıqların texniki vəziyyətini və qalıq ömrünü yoxlamaq, müntəzəm baxış və təmir işlərinin təşkil edilməsinin sənədləşdirilmə işlərinə dəstək göstərmək;
• İstehsal prosesinə nəzarət etmək.İşin səmərəli təşkili üçün təkliflər irəli sürmək;
• Cəmiyyətin sifarişi əsasında fəaliyyət göstərən yerli və xarici podratçılarla bağlanmış müqavilələrin gedişatını izləmək, prosesləri nəzarətdə saxlamaq;
• Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək.

Xüsusi tələblər

• Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
• Microsoft Office və AutoCad proqramlarını bilməsi arzuolunandır;
• Biləvasitə mexanika və istehsalat ilə əlaqəli sahələrdə işləməsi arzuolunandır;
• Mexaniki avadanlıqların təchizi, qəbulu, baxımı və ümumi məlumatlılığı kimi səriştələr zəruridir;
• Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam, Punktuallıq, Operativlik.
• Müvafiq sahə üzrə Ali təhsil;
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

Telegram kanalımız