Rəqəmsal marketinq strategiyasının yaradılmasında iştirak etmək;
Marketinq kommunikasiyasında istifadə edilən materialların – çap, sosial media, brendinq - qrafik dizaynların hazırlanması;
Dizayn tapşırıqların dəqiq və vaxtında təqdim etmək üçün komanda üzvləri, menecment və sorğu göndərən tərəflə koordinasiya, tapşırıqların cari statusu haqqında bu tərəflərin məlumatlandırması;
Sorğunu dəqiq başa düşmək və gözlənilən nəticəyə uyğun yaradıcı və müvafiq sektorun ən yaxşı təcrübələri nəzərə alınmaqla praktik həlllərin təqdim edilməsi;
Süni intellekt, dizayn trendləri və proqramların izlənilməsi, bu xüsusiyyərlərin görülən işlərə əks edirilməsi;
UI/UX və motion bacarıqları üstünlükdür;
İş yeri Bakı şəhərindədir. Eyni zamanda hibrid və distant çalışma formatları da nəzərdən keçirilə bilər. Formatından asılı olmayaraq bu tam ştatlı bir vəzifədir və frilanser xidməti nəzərdə tutulmur.
Xüsusi tələblər
Reklam və ya rəqəmsal (digital) agentliklərdə və ya korporativ şirkətlərdə 2 ildən çox təcrübə;
Dizayn proqramlarında peşəkar səviyyədə işləmə bacarığı (Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign, XD);
Zamanlamaya dair peşəkar yanaşma nümayiş etdirmə bacarığı – Punktuallıq;
Bir neçə layihəni eyni anda idarə etmək və prioritetləşdirmə bacarığı;
Dizayn trendlərini anlamaq və onların kommersiya yönümlü tapşırıqlarda tətbiq etmə bacarığı;
Çap, mətbəə işi barədə məlumatlı olmaq;
Komandada işləmək bacarığı;
Araşdırmaçı, yaradıcı və innovativ xarakter. Planlı, səliqəli iş üslubu.