İnvestisiya portfelinin daxili idarəetmədə olan aktivləri üzrə bağlanmış əqdlərin verifikasiyası və hesablaşmasını həyata keçirmək;
Xarici menecerin idarəetməsində olan portfellər üzrə əməliyyatların uçotunu aparmaq;
Müxbir və kastodial bankların, likvid fondların və törəmə şirkətlərin hesab qalıqlarını, kastodial banklardakı mövqeləri və onların bazar dəyərini tutuşdurmaq, uyğunsuzluqları aradan qaldırmaq;
İnvestisiya uçotu üzrə müfəssəl hesabatlar hazırlamaq və müvafiq struktur bölmələrə təqdim etmək;
Fondun daxili siyasət və prosedurlarına, eləcə də yerli və beynəlxalq maliyyə tənzimləmələrinə uyğun fəaliyyət göstərmək.
Xüsusi tələblər
Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
Bank əməliyyatları, mühasibatlıq və ya maliyyə sahəsində 1-2 il iş təcrübəsi. (Yüksək akademik nailiyyətləri olan yeni məzunlar da müraciət edə bilərlər);
Microsoft Office proqramları, xüsusilə Excel (Pivot Table) və PowerPoint üzrə yüksək səviyyəli biliklər;
İngilis dilini (yazılı və şifahi) səlis səviyyədə bilmək;
SWIFT sistemi üzrə biliklər arzuolunandır.
Müraciətlər 7 mart 2025-cü il tarixinədək qəbul edilir.