Aparıcı mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları üzrə biznes tərəfdaşlıq sektoru

Bakı

AzerGold
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes funksiyalarının səmərəliliyini artırmaq üçün vəzifələri və təşkilati strukturu layihələndirmək üçün funksiya rəhbərləri ilə əməkdaşlıq;
  • Struktur bölmələr üzrə namizədlərin seçilməsini və işə qəbul planının icrasını təşkil etmək;
  • Struktur bölmələrin aktiv boş vakansiyalarıyla bağlı elan nümunə formalarının hazırlanması, Uyğun namizədlərin seçilməsi üçün müraciətlərə (CV-lərə) ilkin baxış keçirtmək, uyğun namizədlərlə müsahibələrdə iştirak etmək.
  • Struktur bölmələr üzrə yeni işçilərə Cəmiyyətin adaptasiya (ilk iş günü) təqdimatının keçirilməsi;
  • Performansın idarəedilməsi sisteminə uyğun olaraq Partnyoru olduğu struktur bölmələrin funksional və fərdi hədəflərinin toplanılması, düzgünlüyünün yoxlanılması;
  • Partnyoru olduğu Struktur bölmələr üzrə iş analizlərinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
  • Universitetlərlə əməkdaşlıq: tələbələrin istehsalat təcrübəsinə cəlb edilməsi üçün lazımi tədbirlərin görülməsi və fəaliyyət planına uyğun olaraq tədbirlərin təşkilində iştirak etmək;
  • Universitet və peşə təhsili mərkəzlərində "AzerGold"-un işəgötürən brendinin təbliğinin aparılması, təlimlərin keçirilməsi;
  • İşdən çıxan işçilərlə son müsahibələrin (exit interview) aparılması üzrə lazımi tədbirlər görmək.

Xüsusi tələblər

  • Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə və güclü analitika bacarıqları tələb olunur.
  • Dil və komputer bilikləri:Azərbaycan dili (sərbəst), İngilis dili (sərbəst), Rus dili (arzuolunandır) . MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı
  • Təhsili: Ali təhsil (İnsan Resursları, Biznes, İqtisadiyyat, İdarəetmə və digər əlaqəli sahələrdə)
  • İş təcrübəsi: İşə qəbul sahəsində 2 il, biznes tərəfdaşlığı sahəsində isə 1 il olmaqla ümumilikdə insan resursları üzrə 4 il iş təcrübəsi tələb olunur.


Telegram kanalımız