Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.
İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Xüsusi tələblər
Təhsil: Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
Təcrübə: Iqtisadi, analitik sahədə ən azı 2 illik iş təcrübəsi;
Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;
Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Praktiki tapşırıq/test mərhələsi
Müsahibə
Vakansiyaya son müraciət tarixi: 05 mart 2025
Qeyd:
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təhlükəsizlik səbəbindən yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com domenli emaillərdən daxil olan müraciətlər qəbul olunmur.