Daxili audit şöbəsində aparıcı/baş auditor

Bakı

Premium Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Beynəlxalq audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Yoxlanılan sahə üzrə ehtimal olunan riskləri müəyyənləşdirmək, işin effektivliyinin artırılması istiqamətində müvafiq təklif və tövsiyələr vermək;
  • Biznes proseslər üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizmlərinin effektivliyini təhlil etmək;
  • Yoxlanılan sahənin requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğunu qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyi və etibarlığını qiymətləndirmək;
  • İş prosesi ilə bağlı müvafiq hesabatlar hazırlamaq;
  • Tədbirlər planının və audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi üzrə layihələrdə iştirak etmək.

Xüsusi tələblər

  • Ali təhsil (maliyyə/iqtisadiyyat və ya hüquq sahəsi üzrə təhsil arzu olunandır);
  • Ən azı 1 ili audit, daxili nəzarət, risk və ya maliyyə sahəsində olmaqla 3 illik bank təcrübəsi;
  • Mərkəzi Bankın qaydaları və bank fəaliyyəti ilə bağlı qanunvericilik üzrə biliklərə sahib olmaq;
  • Proseslər üzrə riskləri, dələduzluq halları və nöqsanları müəyyən etmək qabiliyyəti;
  • Analitik düşünmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Microsoft Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığına sahib olmalıdır;
  • Dil bilikləri: Azərbaycan dili biliyi mükəmməl olmalı, rus və ingilis dili bilikləri arzu olunandır;
  • Qeyd olunan sahə üzrə beynəlxalq sertifikat(lar)a sahib namizədlərə üstünlük veriləcəkdir.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Qəbələ

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız