Tarif sektorunun baş mütəxəssisi

Bakı

Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi
baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar aparır, subyektlərin tarifləri barəsində
qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər verir;
• Müvafiq sahənin səmərəli fəaliyyətini və istehlakçılara aşağı tariflə (qiymətlə) yüksək keyfiyyətli xidmətlərin
göstərilməsi üçün balanslaşdırılmış investisiya yönümlü tarif mexanizmlərini işləyir;
• Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici
ölkələrin qabaqcıl təcrübəsini öyrənir;
• Müvafiq sahədə bazar münasibətlərinin qurulması üçün tarif (qiymət) siyasətinin cari və perspektiv istiqamətləri
barədə təkliflər verir;
• Enerji sahəsində iqtisadi siyasətin formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə
tutulmuş qaydada həyata keçirilməsini Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
• Enerji sahəsində tarif siyasətinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər hazırlayır və həyata keçirilməsi ilə bağlı
tədbirlər görür;
• Agentliyin Aparatının struktur bölmələri ilə birlikdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, enerji
tənzimləmə xidmətləri üzrə tarif siyasətinin dünya təcrübəsini və ölkənin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla
formalaşdırılması istiqamətlərinin müəyyən edilməsində və tariflərin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin
hazırlanmasında iştirak edir;
• Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
• Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə
birlikdə nəzarət edir;
• Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır

Xüsusi tələblər

• “İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və ixtisas profilinə uyğun 4 ildən az
olmayaraq iş təcrübəsi;
• Yaş həddi 25-40 aralığı;
• Microsoft Office proqramı üzrə hesabatları, maliyyə modellərini və təqdimatları yüksək səviyyədə hazırlamaq
bacarığına malik olmalıdır;
• Azərbaycan dilini səlis, ingilis dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik
olmalıdır;
• İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklərə malik olmalıdır
• ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması arzuolunand

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

 
  • Bakı

  • 700 - 1200 AZN

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız