Dağ-mədən Sahə rəisi

Bakı

Azersun Holding
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mədən sahəsində işlərin planlaşdırılmasını və təşkilini həyata keçirmək.
  • Mədən hasilatı, qazma, partlatma və daşınma proseslərini idarə etmək.
  • Texnoloji proseslərin optimallaşdırılması və məhsuldarlığın artırılması üçün tədbirlər görmək.
  • İstehsalatın keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına uyğun aparılmasına nəzarət etmək.
  • Sahədə əmək intizamına və iş qrafikinə nəzarət etmək.
  • Mədən sahəsində istifadə olunan texnika və avadanlıqların vəziyyətinə nəzarət etmək.
  • Avadanlıqların vaxtaşırı texniki baxışdan keçirilməsini təmin etmək.
  • Material və ehtiyat hissələrinin idarə olunmasına nəzarət etmək.
  • Gündəlik, həftəlik və aylıq istehsalat hesabatlarının hazırlanmasını təmin etmək.
  • İcra olunan işlər barədə rəhbərliyə hesabatlar təqdim etmək.
  • Qanunvericiliyə uyğun olaraq texniki və əməliyyat sənədlərinin düzgün şəkildə aparılmasını təmin etmək.
  • Digər departamentlər və rəhbərliklə effektiv kommunikasiyanı təmin etmək.
  • Təchizatçılar, podratçılar və dövlət qurumları ilə əməkdaşlıq etmək.
  • Mədən sahəsindəki fəaliyyətlərin strateji məqsədlərə uyğunluğunu təmin etmək.

Xüsusi tələblər

  • Mədən mühəndisliyi və ya oxşar sahədə ali təhsil.;
  • Aidiyyatı sahədə minimum 3 il iş təcrübəsi olmalı;
  • İş proseslərini planlaşdırma və idarəetmə bacarığı.
  • Güclü təşkilatçılıq və kommunikasiya bacarıqları.;
  • Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı
  • Təhlükəsizlik və ekoloji tələblər barədə geniş biliklər.


Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Dağ-mədən Sahə rəisi" qeyd etməyiniz  xahiş olunur.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız