İnvestisiya departamentinin treyderi

Bakı

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Sabit gəlirli qiymətli kağızlar (istiqraz) portfelinin idarə edilməsinə nəzarət edərək, müəyyən edilmiş risk çərçivəsində yüksək gəlir əldə etməyə çalışmaq. Portfeli bazar şərtlərinə uyğun tənzimləmək və qiymətli kağızlar üzrə əqdlərin bağlanılmasıı əməliyyatlarını həyata keçirmək, ARDNF-nin investisiya strategiyasına uyğun olmasını təmin etmək.
  • Risklərin idarəedilməsi, komplayns və əməliyyat üzrə struktur bölmələri ilə əməkdaşlıq edərək, bütün investisiya qərarlarının və əqd əməliyyatlarının ARDNF-nin daxili siyasət və qaydalarına uyğun icra olunmasını təmin etmək. İnvestisiya imkanlarını araşdırmaq, onların risklərini və potensial gəlirlərini dəyərləndirmək.
  • İqtisadi və maliyyə xəbərlərini izləyərək, bazar dəyişikliklərini və investisiyalara təsir edə biləcək amilləri öncədən müəyyənləşdirmək. İnflyasiya, faiz dərəcələri və geosiyasi hadisələrin portfelə təsirini təhlil edərək uyğun qərarlar qəbul etmək.
  • Fondun nəğd vəsait axınını düzgün idarə etmək üçün likvidlik və qısa müddətli maliyyə alətlərini effektiv idarə etmək. Brokerlər, investisiya bankları və digər maliyyə institutları ilə əlaqələri inkişaf etdirərək, bazar haqqında məlumat toplamaq və investisiya əməliyyatlarını daha səmərəli yerinə yetirmək.
  • Riskləri minimuma endirərək portfelin gəlirliyini artırmaq üçün sabit gəlirli maliyyə alətləri və hedcinq strategiyalarını dərin təhlil etmək, portfelin vəziyyəti və bazar perspektivləri barədə rəhbərliyə aydın və informativ hesabatlar hazırlamaq.

Xüsusi tələblər

  • Müvafiq sahədə bakalavr dərəcəsi (maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, statistika, riyaziyyat və s.).
  • Sabit gəlirli qiymətli kağızlar bazarları, o cümlədən dövlət və agentlik istiqrazları, kredit bazarları və gəlirlilik əyrisi dinamikası üzrə dərin nəzəri biliklər;
  • Sabit gəlirli qiymətli kağızlar, fyuçerslər və digər törəmə maliyyə alətləri ilə ticarət əməliyyatlarının icrası üzrə biliklər arzuolunandır;
  • Bloomberg Terminal, Excel və digər maliyyə modelləşdirmə alətlərində işləmə bacarığı (ticarət əməliyyatları, risk qiymətləndirilməsi və bazar təhlili üçün) arzuolunandır;
  • Risklərin idarə edilməsi prinsipləri, faiz dərəcəsi riski (dürasiya) və kredit riskinin qiymətləndirilməsi üzrə biliklər;
  • Çoxşaxəli maliyyə məlumatlarını təhlil edərək əsaslandırılmış investisiya qərarları vermək bacarığı;
  • Sürətli və dinamik iş mühitində effektiv işləməyi təmin edən güclü ünsiyyət və komanda işi bacarıqları;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə bilik;
  • CFA sertifikatına sahib olmaq və ya CFA sertifikasiyası üzrə biliklər (I və ya II) üstünlükdür.
  • Python, R və ya VBA ilə təcrübə üstünlükdür. SQL vasitəsilə verilənlər bazasının idarə edilməsi və sorğuların aparılması üzrə biliklər arzuolunandır.


Müraciətlər 31 mart 2025-ci il tarixinədək qəbul edilir.

Oxşar vakansiyalar

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız