Keyfiyyətə Nəzarət Planında təsvir olunan bütün analizləri dəqiq və vaxtında yerinə yetirir, nəticələrin daxili spesifikasiyalara, istehsalatın keyfiyyət hədlərinə, standartlara və normalara uyğunluğunu təmin edir;
İstehsalatın tələblərinə və ətraf mühitə dair tənzimləyici qaydalara uyğunluğu təmin etmək məqsədilə alternativ yanacaqların qəbul edilməsi, hazırlanması, sınaqdan keçirilməsi və keyfiyyətinin yoxlanılması üçün cavabdehlik daşıyır;
AFR (Alternativ Yanacaq və Xammal) laboratoriya avadanlıqlarının düzgün işlədilməsini və istifadəsini təmin edir, onların müntəzəm olaraq standartlara uyğun şəkildə kalibrlənməsini həyata keçirir;
Daxili və xarici nümunələrin qəbul edilməsi, hazırlanması, yoxlanılması və saxlanması proseslərinə cavabdehlik daşıyır. Nümunələrin anbarda düzgün saxlanılmasını, müvafiq müddətdə saxlanılmasını və utilizasiyasını lazımi qeydləri apararaq təmin edir;
Laboratoriyanın daimi fəaliyyətini təmin etmək məqsədilə tələb yarandığı hallarda növbəli iş rejimini dəstəkləyir;
Laboratoriya fəaliyyətlərinin və qeydlərinin standartlara uyğun şəkildə dəqiq sənədləşdirilməsini və daxili/xarici nümunələrin izlənilməsi ilə laboratoriya qeydlərinin hazırlanmasını və saxlanılmasını təmin edir;
Laboratoriyada sınaqdan keçirilmiş test nəticələrində hər hansı təsdiq olunmuş kənara çıxma hallarını müəyyən edir, araşdırır, hesabat verir və qeydlər aparır. Nəticələr və uyğunsuzluqlar barədə Laboratoriya Rəhbərini vaxtında məlumatlandırır;
Dəqiq analiz nəticələrini əldə etmək üçün laboratoriya avadanlığı və metodlarının kalibrasiyasına və yoxlanmasına cavabdehlik daşıyır;
Keyfiyyət məlumatlarının və sınaq nəticələrinin düzgünlüyünü izləyir və yoxlayır, laboratoriya nəticələrinin məlumat bazasını saxlayır, statistik analizlər aparır və keyfiyyət hesabatları hazırlayır;
Analiz nəticələrinin və qeydlərinin dəqiqliyini təmin edir;
Məlumatların LIMS-ə düzgün daxil olunmasını təmin edir;
Laboratoriyanın daimi fəaliyyəti üçün kimyəvi maddələrin və digər materialların ehtiyatını nəzarətdə saxlayır;
İstifadə olunan avadanlığın təmizlənməsinə və saz saxlanmasına cavabdehlik daşıyır, nasazlıqlar olduğu halda Laboratoriya Rəhbərinə məlumat verir;
Laboratoriyanın daim təmiz və səliqəli saxlanılmasını təmin edir;
Laboratoriya Rəhbəri tərəfindən verilmiş əlavə tapşırıqları öz vəzifə və öhdəlikləri daxilində yerinə yetirir;
Əməyin Mühafizəsi, Təhlükəsizlik və Ətraf Mühitin Qorunması (HSE) qaydalarına uyğun fəaliyyət göstərir;
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydalarına riayət edir.
Xüsusi tələblər
Kimya və Kimya mühəndisliyi sahəsində ali təhsil;
Müvafiq sahə üzrə minimum bir il iş təcrübəsi;
MS Office tətbiqi;
Detallara diqqətlə yanaşmaq;
Azərbaycan - ana dili, İngilis dili biliyi yazı və danışıq