Holcim Azerbaijan

0

Şirkət haqqında

Holcim Azərbaycan dünyanın aparıcı sement təchizatçılarından olan Holcim Qrupun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş Qrup bütün qitələrdə bazar payına, o cümlədən 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik olan aparıcı qlobal oyunçuya çevrilmişdir. 1999-cu ildən Holcim şirkətinin Qaradağ Sementdə reallaşdırdığı investisiya layihələri daim yeni inşaat, ətraf mühit və sosial standartların tətbiqinə istiqamətlənir.
Holcim Azərbaycan ASC ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən biridir. Şirkət yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə ölkədaxili tələbatı ödəyir. Hal-hazırda, Holcim Azərbaycan ASC-nin istehsalı olan sementdən irimiqyaslı tikinti işlərində, o cümlədən qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur. 26 aprel tarixində Qaradağ Sement re-brendinq olunaraq Holcim Azərbaycan ASC oldu.
Sement, beton və aqreqatlar sektorlarda 100 ildən artıq təcrübəsi ilə Holcim tikinti materialları sənayesində aparıcı şirkətdir. Hal hazırda şirkətimizdə 80,000-ə yaxın işçi dünyanın 80 ölkəsində fəaliyyət göstərir.

Aktiv vakansiyalar

1 vakansiya

 
  • Razılaşma yolu ilə

Şirkət haqqında rəylər

Yalnız namizədlər rəy yaza bilər
Telegram kanalımız