Marketinq materialları üçün əsas vizualların (POSM, çöl reklamı, rəqəmsal bannerlər, poliqrafiya) hazırlanması.
3D modelləşdirmə və vizuallaşdırma (məhsulların mühitə inteqrasiyası, layihə konseptləri).
Qrafikaların və mokapların (mockup) yaradılması (o cümlədən süni intellekt (AI) alətlərindən istifadə etməklə).
Motion-dizayn:
Sosial şəbəkələr (Instagram, TikTok, LinkedIn) üçün 2D animasiya və motion-qrafikaların hazırlanması.
Podratçıların koordinasiyası və texniki nəzarət:
İcraçılarla iş: 2 ştatdankənar dizaynerin (podratçının) işinin koordinasiyası. Brifinq verilməsi, maketlərin keyfiyyətinin yoxlanılması, son nəticənin təsdiqlənməsi və müddətlərə (deadline) nəzarət.
Texniki spesifikasiyalar: Çap bukletlərindən tutmuş iriqabaritli sərgi stendlərinə qədər istehsalat üçün dəqiq parametrlərin, ölçülərin və çertyojların (sxemlərin) hazırlanması və təqdim edilməsi.
Xüsusi tələblər
Adobe Creative Cloud (Photoshop, Illustrator, After Effects) proqramlarını mükəmməl səviyyədə bilmək.
3D redaktorlarında (Blender, Cinema 4D və ya analoqları) iş təcrübəsi.
Corel Draw proqramını bilmək və çapaqədərki hazırlıq (pre-press) standartlarını dərindən mənimsəmək.
Art-direkşn (Art-direction) təcrübəsi: frilanserlərə/podratçılara tapşırıqları düzgün vermək və istənilən nəticəni əldə etmək bacarığı.
Texniki savadlılıq: istehsal proseslərini (materiallar, çap xüsusiyyətləri, stend quraşdırıcılarının tələbləri) anlamaq.
Aktual portfolionun olması (linkin qeyd olunması mütləqdir).