Əcnəbi tələbələrin qəbul və qeydiyyatı üzrə lazımi sənədləşmə prosedurlarının həyata keçirilməsi, əcnəbi müraciətçilərlə müsahibələr aparmaq;
Hazırlıq kurslarında dərslərdə (Azərbaycan, rus və ingilis dilləri üzrə) tələbələrin davamiyyətinə nəzarət, imtahanların təşkili və tələbələrin imtahanlarda iştirakına nəzarət etmək;
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sisteminə (AOİTAS) əcnəbi tələbələr haqqında məlumatların daxil edilməsinə dəstək olmaq;
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən daxil olan sorğuların doldurulması və illik statistik hesabatın vaxtında və dəqiq yerinə yetirilməsi;
Əcnəbi tələbələrin universitetdə təhsil almaları üçün ölkə daxilində və xaricdə təşviqat və təbliğat işlərinin aparılması, bununla bağlı müvafiq qurum və təşkilatlarla əlaqələr qurmaq;
Əcnəbi tələbə cəlbi ilə bağlı beynəlxalq sərgilər, forumlar, tədbirlər haqqında məlumatlar toplamaq, bu kimi tədbirlərdə universiteti təmsil etmək;
Əcnəbi tələbələrlə bağlı statistik məlumatları toplamaq və rəhbərliyin tələb etdiyi hesabatları hazırlamaq;
Azərbaycanda yaşadıqları müddətdə əcnəbi tələbələrin yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün müxtəlif tədbir və proqramların təşkili, universitetin təşkil etdiyi mədəniyyət tədbirlərinə onların cəlb edilməsi.
Xüsusi tələblər
Ali təhsil (Magistr təhsili);
Minimum 2 il iş təcrübəsi (Müvafiq sahə və ya təhsil sahəsi üzrə);
Dil bilikləri: İngilis və türk dillərində sərbəst ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı (rus dili və ya əlavə dil biliyi üstünlük olaraq qəbul ediləcək);
Ms Office proqramları üzrə biliklər;
Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmək qabiliyyəti;
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
Ölkənin strateji inkişaf prioritetləri və qanunvercilik bazası haqqında biliklər.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət üçün son tarix: 15.05.2025-ci il saat 18:00