Yükqaldırma mühəndisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Emal bölməsi

Daşkəsən

AzerGold

Vakansiyanın detalları

Vakansiyanın təsviri

• Bütün yükqaldırma əməliyyatları üçün yükqaldırma planlarını hazırlamaq və risklərin qiymətləndirilməsini həyata keçirmək;
• Sahədə həyata keçirilən bütün yükqaldırma əməliyyatları üçün cavabdehlik daşımaq;
• Sahə üzrə bütün ümumi və spesifik yükqaldırma planlarının, eləcə də risklərin qiymətləndirilməsi sənədlərinin hazırlanmasını təmin etmək, onların qeydiyyatını aparmaq, yenilənməsini izləmək və müvafiq jurnalda dəqiq və ardıcıl şəkildə sənədləşdirmək.
• Kranların və yüktutucu vasitələrin "LOLER" (Lifting Operations and Lifting Equipment Regulations) standartlarına uyğun yoxlanması.
• Stasionar qaldırıcı sistemlərin (kranlar, elektrikli qaldırıcılar) texniki müayinəsini və bərpasını təşkil etmək.
• İşçilərin ixtisasartırma təlimlərini koordinasiya etmək və sertifikatlaşdırma prosesinə nəzarət etmək.
• Şirkətin təhlükəsizlik prosedurlarına (SƏTƏM) riayət etmək və hesabatlar hazırlamaq.
• Bütün yükqaldırma əməliyyatları zamanı İcraçı məsul şəxs kimi fəaliyyət göstərməli və cavabdehlik daşımalıdır
• İşçilərə ilk yardım və təxliyyə təlimatları vermək.
• Yüktutucu avadanlıqların invertarına nəzarət etmək və sifarişində iştrak etmək
• Tabeliyində olan şəxslərin bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək;

Xüsusi tələblər

• Microsoft Office proqramları üzrə işləmək bacarığı;
• Fərdi mühafizə vasitələrindən düzgün istifadə etmək bacarığı;
• Məsuliyyətlilik, Əməkdaşlıq, Çeviklik, Məqsədyönlülük, Nizam-intizam,Operativlik.
• Yük hesablamaları, ağırlıq mərkəzi, qaldırma nöqtələri, rigging sxemləri barədə dərin bilik.
• Güclü liderlik və ünsiyyət bacarıqları.
• Yükqaldırma əməliyyatları üzrə Məsul şəxs( Appointed Person Lifting Operaitons) sertifikatı olmalıdır.
• LOLER (Lifting Operations and Lifting Equipment Regulations), 2PUWER (Provision and Use of Work Equipment Regulations),ISO 45001: Təhlükəsizlik və Sağlamlıq İdarəetmə Sistemi və s.sertifikatlardan biri vəya bir neçəsinin olması arzuolunandır.
• Ali təhsil;
• Müvafiq və uyğun sahə üzrə 1 il iş təcrübəsi.

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Razılaşma yolu ilə

 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız