Sanatoriyanın səhiyyə şöbəsinin fəaliyyətini tənzimləyən müvafiq qanunvericiliyə əsasən idarəetməsini həyata keçirir;
Qonaqlara keyfiyyətli və vaxtı-vaxtında tibbi xidmətin göstərilməsinə dair şöbənin işini təşkil edir;
Sanatoriyanın müalicə fəaliyyətinin təşkilini təmin edir;
Müalicəvi Naftalan neftinin ayrı-ayrı xəstəliklərdə təsir mexanizmi ilə bağlı keçirilən elmi praktik konfranslarda iştirak etmək;
Hər il xarici ölkələrdə təşkil olunan sərgilərdə və konfranslarda istirak etməklə və Hoteli təmsil etmək;
Sanatoriyamıza xarici qonaqların çəlb olunmasına təkliflər irəli sürmək.
Müalicə həkimləri tərəfindən Naftalanla mualicənin təyinatı zamanı göstəriş və əks göstərişlərə nəzarəti bir başa həyata keçirtmək.
Alternativ müalicə olunan ağır xəstələrin gündəlik olaraq mualicəsini təqib etmək;
Daxili iş qrafikinin qaydalarının tələblərinin yerinə yetirilməsinə, təhlükəsizlik qaydaları və əmək müdafiəsinə riayət edilməsinə, avadanlıq və mexanizmlərin düzgün istismarına nəzarət edir;
Müəssisədə müayinə və müalicənin keyfiyyətinə sistematik nəzarət edir;
Şöbələrin, müalicə otaqların, laboratoriyanın planlı şəkildə yoxlanılmasını və daha sonra nəticələri ümumi iclasda müzakirə edilməsini həyata keçirir;
Müalicə-diaqnostika bölmələrinin fəaliyyətinin göstəricilərinin sistematik analizini aparır;
Aparılan müayinə-müalicə tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
Tibbi sənədləşmənin düzgün və vaxtında doldurulması, təyinatların doğru və mütəmadi olaraq yerinə yetirilməsinə dair daimi yoxlanışların aparılması;
Statistik hesabatın düzgün təşkilini və təyin olunmuş vaxtda müvafiq məlumatların (ayliq, rüblük və illik) təqdim edilməsini təmin edir;
Müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparır, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
Kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və baş həkim olaraq işçilərin fəaliyyətini dəyərləndirir;
Müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib edərək təsdiqləyir;
İşçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə və daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir, tədbirlər görür;
İş yeri: Qaşaltı Hotel & SPA (Naftalan şəhəri).
Xüsusi tələblər
Təhsil: Tibb üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi;
1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;
Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı;
Peşəkar, işgüzar görünüş və təqdimat;
Problemləri həll etmə bacarığı;
Əla təşkilatçılıq və inzibati bacarıqlar;
MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;